BAKU Azərbaycan
31.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8262
  • 1 Rusiya rublu
    0.0194
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1567
50892

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində keçirilən nazirlər panelində əsas məruzəçi olaraq COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair çıxış edib.

Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və müasir milli enerji siyasətinin “yaşıl artımı” hədəfləyən prioritetlərinin COP məqsədləri ilə üst-üstə düşdüyü, COP29-a sədrliyin uzun illərdir qazıntı yanacağı üzrə etibarlı tərəfdaş olan ölkəmizin dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirdiyi qeyd olunub.

Bildirilib ki, 1300 MVt-lıq günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması və 100 MVt külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planlarımız uğurla reallaşır: “Bu gedişatla 2030-cu ilə 30%-lik hədəfimizə daha tez nail olacağıq. 2027-ci ilədək 2 milyard dollardan çox investisiya dəyərində 2 QVt-dək günəş-külək elektrik stansiyalarının inşası bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 33%-ə yüksəldəcək”. O da əlavə edilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə 5 QVt-dan çox yaşıl elektrik və yaşıl qazların ixracı məqsədilə “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan enerjinin ötürülməsi üçün “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması dekarbonizasiya və iqlim məsələlərində ölkəmizi regionda ön plana çıxarır.

““Yaşıl enerji zonaları və dəhlizləri” kimi örnək təşəbbüslər bu gün nəinki COP29-un Fəaliyyət Gündəliyinə istiqamət verir, həmçinin COP-un mirası olmağa daha münasibdirlər. COP29-un əsas mövzusunun maliyyə olduğunu nəzərə aldıqda, bu tədbirin bərpa olunan enerjinin üçqat, enerji səmərəliyinin iki qat artırılması və ədalətli enerji keçidinə nail olunmasını sürətləndirəcək platforma olacağına inanırıq. Bu aspektdə, elektrik şəbəkələrinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hidrogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, o cümlədən HVDC infrastrukturu, enerji səmərəliliyi üzrə investisiyaların bir neçə dəfə artırılmasını təmin edəcək yeni təşəbbüs və hədəflərə ehtiyac var. Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini, enerji keçidini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir,” deyə nazir bildirib.

Nazir Pərviz Şahbazov müzakirələr zamanı Azərbaycan, BƏƏ və Braziliyadan ibarət üçlük mexanizmi, 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması, iqlim fəaliyyəti üzrə çoxtərəfli dialoqun effektiv olması üçün qarşılıqlı etimad, məsuliyyətin və maliyyə imkanlarının ədalətli bölgüsünün təmin edilməsi kimi məsələlərdən də bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirlik: Adambaşına maliyyələşmə modeli kiçik məktəblərə şamil edilməyəcək

Lizinqə verilmiş kənd təsərrüfatı texnikalarının sayı

MİQ-dən ən yüksək bal toplayan namizədlər -SİYAHI + FOTOLAR

"Əhalinin kasıb təbəqəsi ictimai nəqliyyatdan güzəştli qiymətlərlə istifadə etsin" - Deputatdan TƏKLİF

Astanada Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi oldu

İşi görüb pulunu ala bilməyən ustalar hara müraciət etməlidir?

İşi görüb pulunu ala bilməyən ustalar hara müraciət etməlidir?

"NORM" ASC mənfəətini bölüşdürəcək

Bakıda 32 ünvanda istismar müddəti başa çatmış su xətləri yenilənir

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

ING 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

Bakıda bağça direktoru həbs edildi

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 5 %-dən çox artıb

Hindistan Rusiyadan rekord həcmdə neft alıb

Azərbaycan nazirlərinin ilk iş yerləri hara olub?

Azərbaycan nazirlərinin ilk iş yerləri hara olub?

Ölkənin bəzi yerlərində güclü yağış sürüşmə və çökməyə səbəb olub

İlham Əliyevlə Putinin görüşü başladı - Video

Bu bahalı əməliyyatlar ödənişsiz olacaq - RƏSMİ AÇIQLAMA

Taksi fəaliyyətində "yeni" dövr: verilən sifarişə "köhnə" maşınlar gəlir

Taksi fəaliyyətində "yeni" dövr: verilən sifarişə "köhnə" maşınlar gəlir

“Şirkətdə korporativ mədəniyyətin pozulması birbaşa rəhbərdən asılıdır”

Azərbaycanda əhalinin təhsil səviyyəsi açıqlanıb

Mazut istehsalı 70 faiz azalıb

"BakuBus" yeni marşrut xəttini istifadəyə verdi

6 nəqliyyat vasitəsi özəlləşdirilib

Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək

Azərbaycanda 900 min manata gəmi satılır

Yeni işə başlayan zaman nəzərə almalı olduğunuz 5 vacib nüans

Türkiyədə illik inflyasiya azalmağa başlayıb

Finlandiya prezidenti Aİ-ni müharibə iqtisadiyyatına keçməyə çağırdı

“Naxtel”in rəhbəri Naxçıvanda dəyəri 9 milyon olan şirkət yaradıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin