BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
50881

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə dörd yeni təyinat olub.

Valyuta.az-ın “bp-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, hər bir yeni təyinat BP-nin regionda təhlükəsiz və etibarlı əməliyyatlarının davamlılığını təmin etmək, eləcə də şirkətin öz yerli əməkdaşlarını və işçi heyətini inkişaf etdirmək öhdəliyinin bir hissəsidir.

Leyla Məmmədova bp-nin AGT regionunda insanlar və korporativ mədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib.

L.Məmmədova bu vəzifədə bp-nin London ofisinə Qrupun İKM tərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbər vəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib.

Leylanın sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsi var. O, 2001-ci ildən bp-də işləyir və karyerası ərzində şirkət daxilində müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən, Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr, bp-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər , eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümünün İKM üzrə vitse-prezidenti.

Leyla, Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistr diplomuna malikdir.

2. Rassel Morris AGT regionunda quyular üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Cim O'Lirini əvəz edib.

Rasselin bp-də quyular sahəsində 25 illik iş təcrübəsi var. O, qlobal miqyasda, o cümlədən, Böyük Britaniya, Əlcəzair, Liviya, Avstraliya, Misir, AGT və Asiya-Sakit Okean regionlarında çoxsaylı yüksək rəhbər vəzifələrdə işləyib. Bu təyinatdan əvvəl Rassel bp Qrupunun quyular sahəsi üzrə vitse-prezidenti olub.

Rassel dərin texniki bilikləri olan, əməyin təhlükəsizliyinə xüsusi önəm verən,, həmçinin inklüziv liderliyi və mentorluğu ilə tanınan bir mütəxəssisdir.Rasselin mexanika və dəniz mühəndisliyi üzrə fərqlənmə diplomlu dərəcəsi və biznesin idarə olunması üzrə fərqlənmə ilə magistr diplomu var.

3. Mətt Kirkham AGT, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Kahal Kellini əvəz edib.

Mətt bp-də 13 il, ümumilikdə isə enerji sənayesində 26 ildən artıq iş təcrübəsinə malikdir. Bu təcrübəyə Braziliya, Sinqapur, Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir. Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionunda layihələr üzrə vitse-prezident olub.

Məttin Texas A&M Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi var.

4. Dən Sparks AGT regionunda geologiya və işlənmə üzrə vitse-prezident vəzifəsinə təyin edilib. O, bu vəzifədə Roşni Musaini əvəz edib.

Dənin 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslar xüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində. Dən Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya, Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlarda hasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Asiya-Sakit okean və Hindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezident olub.

Uzun illər Şimali Amerikada quruda və dünyanın digər yerlərində yetkin neft və qaz yataqlarında təcrübəsi olan Dən hasilatda olan yataqların yeni həyat potensialını üzə çıxarmağı xüsusilə xoşlayır.

Dənin neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o, Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkar mühəndisdir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin