Çinin Rusiyadan neft və qaz alışı niyə azalıb? - Ekspert
Rəsmi məlumatlara görə, iyul ayında Çinin Rusiyadan neft alışı iyunla müqayisədə 23.2 faiz azalmaqla, 8 milyon ton, maye qazın alışı 31.4 faiz azalmaqla, 583,92 min ton təşkil edib.
Çin Baş Gömrük İdarəsinin məlumatına əsasən, dəyər ifadəsində neftdə azalma 22.3 faiz olaraq, 4.06 milyard dollar, maye qazda azalma isə 43.9 faiz olaraq, 58.37 milyard dollar təşkil edib.
Qeyd olunan dövrdə Rusiyanın Çinə boru qazı ixracı 3.1 faiz azalmaqla, 555.57 milyon dollar təşkil edib.
Valyuta.az-a açıqlama verən neft-qaz üzrə ekspert İlham Şabanın fikrincə, Çinin Rusiyadan aldığı qaz və neftin həcminin son bir ayda aşağı düşməsi tələbatın azalması ilə bağlıdır:
“Bu azalmanı sırf Çin Rusiya münasibətlərinin dəyişməsi və yaxud Pekinin öz baxış bucağına yenidən baxması kimi qiymətləndirmək doğru olmaz. Çünki enerji bazarı mövsümü xarakterli kəskin dəyişən amillər sırasındadır. Bu səbəbdən də görünür tələbat az olub, ona görə də Çinin Rusiyadan aldığı qaz və neftin həcmində xeyli azalma baş verib.
Bütün hallarda ən azı 3 ayın nəticələrini müqayisə etdikdən sonra yaranmış vəziyyətin sırf tələbatın azalmasından, yoxsa ümumi strategiyanın dəyişməsindən qaynaqlandığını bilmək olar”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay