Energetika
16.09.2021 / 16:25
Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 28 faiz artdı - DGK
18261
2021-ci ilin 8 ayı ərzində Azərbaycandan xarici ölkələrə 2 milyard 350 milyon 391.76 min ABŞ dolları dəyərində və 13 milyard 241 milyon 763.48 min kubmetr həcmində təbii qaz ixrac olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Sənədə əsasən, ötən ilin eyni dövründə ixrac olunan təbii qazın ümumi dəyəri 1 milyard 702 milyon 883.25 min dollar, həcmi isə 8 milyard 994 milyon 930.81 min kubmetr olub.
Burdan da görünür ki, 1 il ərzində ixracın dəyərində 647 milyon 508,51 min dollar və ya 27,54 faizlik, həcmində isə 4 milyard 246 milyon 832,67 min kubmetr və 32,07 faizlik artım baş verib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay