Azərbaycanın 6 ayda ixrac etdiyi təbii qazın həcmləri açıqlandı
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 10,379 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı rüblük hesabata istinadən xəbər verir.
Məlumata görə, ötən 6 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 1,586 milyard ABŞ dolları təşkil edib.
Bu həcmlərin 6,293 milyard kubmetri Türkiyəyə, 1,99 milyard kubmetri Gürcüstana ixrac edilib.
Bundan başqa, ötən 6 ay ərzində İtaliyaya 1,626 milyard kubmetr, Yunanıstana 266 milyon kubmetr, Bolqarıstana 120 milyon kubmetr, İrana isə 84 milyon kubmetr təbii qaz ixrac edilib.
Türkiyəyə yanvar-may aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 880,7 milyon ABŞ dolları, Gürcüstana 252,8 milyon ABŞ dolları təşkil edib.
Həmçinin, bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 363 milyon ABŞ dolları, Yunanıstana 69,2 milyon ABŞ dolalrı, Bolqarıstana 17,6 milyon ABŞ dolları, İrana isə 3,2 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay