Energetika
25.06.2021 / 10:22
Vahid Ələkbərov “LUKoil” şirkətinin prezidenti seçildi
14560
Rusiyanın “LUKoil” neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.
Valyuta.az xəbər verir ki, “LUKoil”un mətbuat xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, seçki ilə bağlı səhmdarların illik iclası keçirilib.
İclasın yekununda bununla bağlı qərar verilib.
İclasda, həmçinin direktorlar şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.
Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunu, iqtisad elmləri doktorudur. 1993-cü ildən “LUKoil” şirkətinin prezidentidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay