“Azərenerji”dən Qarabağ ərazilərinin işıqlandırılması üçün TENDER
“Azərenerji” ASC Qarabağ Regional Elektrik Şəbəkəsi üçün binaların inşası və Abşeronda iki yarımstansiyanın yenidən qurulması məqsədilə podratçılar seçir.
Cəmiyyətdən Valyuta.az-a verilən məlumata görə, seçim açıq tender üsulu ilə keçirilir və 3 lotdan ibarətdir.
Bunlar, Qarabağ Regional Elektrik Şəbəkəsinin inzibati və yardımçı təsərrüfat binalarının inşası işlərinin satın alınması, 110/35/6 kV-luq Qala yarımstansiyasının 220/110/35/10/6 kV-luq YS-ya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması və 110/20/6 kV-luq “Ramana” YS-nı 110/35/6 kV yarımstansiyaya çevirməklə yenidən qurulması və istismara verilməsi işlərinin satın alınması (3-cü lot) lotlarıdır..
1-ci lotda iştirak haqqı 1 min manat, 2-ci və 3-cü lotlarda iştirak haqqı 2 min manat müəyyən olunub.
1-ci lotda iştirak etmək istəyən şirkətlər ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyalarının, yarımstansiyaların yenidənqurma, restavrasiya, başqa layihələrin layihələndirmə və tikintisi işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 15 milyon manatdan yuxarı olmasına dair təsdiqedici sənədlər təqdim etməlidir.
2-ci və 3-cü lotlarda iştirak etmək istəyən şirkətlər ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə elektrik stansiyalarının, yarımstansiyaların, elektrik istehsalı işləri üzrə başqa layihələrin layihələndirmə və tikintisi işləri təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər, eləcə də yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 30 milyon manatdan yuxarı olmasına dair təsdiqedici sənədlər təqdim etməlidir.
Tender təklifləri 15 iyul saat 15:00-dək qəbul olunur. Tender proseduru 16 iyul saat 15:00-da baş tutacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay