Energetika
02.06.2021 / 15:16
Neftin qiymətində artım sürətlənir
13210
Dünya neft bazarında OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın qüvvədə saxlanılması qərarı müzakirə olunarkən qiymətlərin artımı sürətlənib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 13.22-yə olan vəziyyətə görə, “Brent” markalı neftin avqust fyüçersləri 0,94 faiz bahalaşaraq 70,91, WTI markalı neftin iyul fyüçersləri də 0,78 faiz bahalaşaraq 68,25 dollardan satılıb.
Xatırladaq ki, dünən OPEC+ ölkələri üzrə nazirlərin görüşündə hasilıatın ixtisarına dair əvvəlki şərtlər qüvvədə saxlanılıb ki, bu da iyul ayında hasilatın bir qədər artacağı deməkdir. Sonrakı planlar iyulun 1-də keçiriləcək növbəti görüşdə müəyyənləşdiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay