“OPEC+” üzvləri kvotadan artıq neft hasil edib - RƏQƏMLƏR
“OPEC” və onun müttəfiqləri “OPEC+” sazişilə təyin olunmuş hasilat kvotasını aşaraq, martın ayının sonuna qədər sutkada 3,316 milyon barel artıq neft istehsal edib.
Valyuta.az Report.az-a istinad xəbər verir ki, bu barədə “S&P Global Platts” şirkəti məlumat yayıb.
Məlumata görə, məhdudiyyət rejimi əsasən Rusiya və İraq tərəfindən pozulub.
“OPEC+” qrupunda kvotadan artıq sutkalıq hasilat yanvarda 2,793 milyon barel, fevralda 3,027 milyon barel təşkil edib.
“OPEC+”in ən böyük tərəfdaşı olan Rusiya son bir neçə ayda öz kvotasını tez-tez pozur. Martda onun kvotadan artıq hasilatı sutkada 877 min barelə yüksəlib.
İraq günlük limit həddindən 707 min barel çox neft istehsal edib.
Kvotanı pozanların siyahısında üçüncü yeri Cənubi Sudan tutub – ölkə sutkada 557 min barel artıq neft hasil edib.
Qazaxıstan isə gündə 435 min barel artıq xam neft hasil edərək siyahıda dördüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, “OPEC” və “qeyri-OPEC” ölkələrindən təşkil olunmuş və “OPEC+” kimi tanınan qrup sutkalıq neft hasilatını mayda 350 000 barel, iyunda 350 000 barel və iyulda 400 000 barel azaltmağa razılaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay