“Petkim” zavodlarından əvvəlki rübə nisbətən 56 faiz artım əldə olunub – BAŞ DİREKTOR
Tibbi ləvazimat və gigiyenik məhsulların istehsalında istifadə edilən xammalın istehsalına diqqəti artırmaqla, ilk növbədə, daxili bazarın tələbatı qarşılanıb və Türkiyənin ilk və yeganə inteqarsiya edilmiş neft-kimya müəssisəsi olaraq yerli sənaye müəssisələrinin tələbləri fasiləsiz yerinə yetirib.
Valyuta.az xəbər verir ki, bu sözləri “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”-in baş direktoru Anar Məmmədov 2021-ci ilin ilk rübünün nəticələrini dəyərləndirərkən bildirib.
A.Məmmədov, dünya miqyasında tədarük zəncirində yaranan problemlərə baxmayaraq istehsalı fasiləsiz davam etdirdiklərini vurğulayıb:
““Petkim” bu mürəkkəb dövrdə qlobal bazarda baş verən qiymət dalğalanmalarını effektiv bir şəkildə idarə edərək, əldə etdiyi üstünlükləri əməliyyatlarında əks etdirdi. Qlobal miqyasda xammal qiymətlərinin məhsul qiymətlərindəki artımdan geri qalması da bu müddətdə təsirli olub”.
İlin ilk rübündə uğurlu bir maliyyə göstricisi nümayiş etdirdiklərini bildirən Anar Məmmədov əlavə edib ki, şirkətin EBITDA (əməliyyat qazancı) rəqəmləri TL bazasında bundan əvvəlki rübə nisbətən 56 % artım göstərib:
"Mürəkkəb bir dövrdə əldə olunan bu göstəricilərdə innovativ həllər ilə əməliyyat məhsuldarlığının yüksəldilməsinin böyük təsiri olub”.
Baş direktor, şirkətin zavodlarında məhsuldarlığın artması üçün həyata keçirdikləri əlavə investisiyaların həcminin 131 milyon lirəyə çatdığını vurğulayıb:
“Maliyyə dayanıqlılığını dəstəkləmək məqsədilə borc ödənişlərinə prioritet verərək, bu dövrdə həyata keçirdiyimiz 478 milyon lirə məbləğində xalis maliyyə ödənişi ilə güclü maliyyə strukturumuzun olduğunu göstərdik. Bu yaxınlarda dünyanın ən nüfuzlu iqtisadi mətbuat orqanlarından olan “International Finance” jurnalının açıqladığı Beynəlxalq Maliyyə Mükafatlarında “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görülüb. Bu mühüm mükafatın ardınca açıqlanan birinci rüb nəticələrimizin də “Petkim” olaraq nümayiş etdirdiyimiz uğurlu fəaliyyətin bariz göstəricisi olduğunu düşünürük".
ƏSAS GÖSTƏRİCİLƏR |
1-Cİ RÜB 2021 |
4-CÜ RÜB 2020 |
Dəyişiklik |
Fərq |
1-cü rüb 2021 vs 4-cü rüb 2020 |
1-ci rüb 2021 vs 4-cü rüb 2020 |
|||
Xalis satış həcmi (milyon TL) |
5.034 |
4.088 |
23% |
946 |
Ümumi gəlir (milyon TL) |
1.220 |
776 |
57% |
444 |
Ümumi gəlir marjası (%) |
24,2% |
19,0% |
5,3 |
|
Xalis mənfəət (milyon TL) |
892 |
625 |
43% |
267 |
Xalis mənfəət marjası (%) |
17,7% |
15,3% |
2,4 |
|
EBITDA (milyon TL) |
1.225 |
784 |
56% |
441 |
EBITDA marjası (%) |
24,3% |
19,2% |
5,2 |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay