Pandemiya dövründə “Petkim”in istehsal gücü 92 faizə çatıb - RƏSMİ
“SOCAR-Petkim” 2021-ci ilin birinci rübü üçün maliyyə göstəricilərini açıqlayıb.
Qurumdan Valyuta.az-a verilən məlumata görə, qlobal miqyasda ümumi təklifin azaldığı pandemiya dövründə fasiləsiz istehsal davam etdirilməklə, istehsal aktivliyi artırılıb və bununla da “Petkim”in istehsal gücü 92 %-ə çatıb.
Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” pandemiyanın mənfi təsirlərinə baxmayaraq 2021-ci ilin ilk rübündə də maliyyə göstəricilərini yüksəltməyə nail olub.
Qlobal istehsalda və dünya tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq, istehsal prosesinə fasiləsiz davam edən “Petkim” Türkiyə daxili bazarını ehtiyac duyduğu məhsullarla təchiz edib.
İlk üç ayda ümumi gəliri 5 milyard lirəyə çatan şirkətin satışlarında daxili bazarın payı 66 % olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay