"Brent" markalı neft kəskin ucuzlaşacaq - "Fitch"
"Fitch" beynəlxalq reytinq agentliyi bir barelinin qiyməti təqribən 70 dollara yüksələn "Brent" markalı neftin qiymətinin ucuzlaşacağını proqnozlaşdırır.
Valyuta.az Margin.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin təbii ehtiyatlar üzrə direktoru Dmitri Marinçenko açıqlayıb.
Onun sözlərinə görə, mövcud yüksək qiymətlər bazarda tədarükün çatışmazlığı ilə əlaqədardır:
"Brent markalı neftin qiyməti ehtiyyatların az olduğu zamanda belə 70 dollar səviyyəsini keçə bilməyib. İndiyə qədər aparılan müşahidələr onu göstərir ki, bazarda neft qiymətləri ucuzlaşacaq. "Brent" markalı neftin üç illik fyuçers müqavilələri (müddəti 2024-2025-ci ilədək) artıq 60 dollar bareldən satılıb”.
Onun sözlərinə görə, qiymətlər hazırda yüksək səviyyədə qalsa da bu ilin ikinci yarısında vəziyyət dəyişə bilər:
“Yəqin ki, peyvənd proqramları öz bəhrəsini verdikcə dünyada neftə olan tələb bərpa olmağa davam edəcək. Lakin "OPEC +" ölkələrinin neft hasilatını daha güclü templə artırması neft qiymətlərini ucuzlaşdıracaq. Buna görə də neftin bir barelinin qiyməti 50-60 ABŞ dolları təşkil edəcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay