Energetika
06.05.2021 / 11:03
ABŞ xam neft ehtiyatlarının həcmini azaltdı - BAHALAŞMA OLACAQMI?
12017
ABŞ xam neft ehtiyatlarını keçən həftəyə nisbətdə bu həftə ərzində 8 milyon barel azaldıb.
Valyuta.az “New York Times” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər bu həftə ərzində neft ehtiyatlarının 2 milyon 200 min barel azalacağı proqnozlarını veriblər.
Bununla belə, ABŞ Enerji Məlumat İdarəsi (EIA) yaydığı açıqlamada, bu həftə xam nefti 8 milyon barel (1,6%) azaldaraq 485 milyon 100 min barelə endirdiyini qeyd edib.
Buna baxmayaraq, ümumi neft hasilatının həcmi artmaqda davam edib.
Qeyd edək ki, EIA-nın 2021-ci il aprel ayı enerji hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 11 milyon barel, gələn il isə 11 milyon 900 min barel olacağı gözlənilir.
Tərcümə edən: Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay