TAP kəməri ilə qazın nəqli kəskin artıb
Bu ilin aprel ayında Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) ilə 6 477 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 630 194 593 kubmetr) qaz nəql edilib ki, bu da mart ayının göstəricisi ilə müqayisədə 42% çoxdur.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə TAP konsorsiumundan bildirilib.
Mart ayında boru kəməri vasitəsi ilə 4 565 heqavatt-saat enerji ekvivalenti həcmində (təqribən 444 162 161 kubmetr) qaz nəql edilib.
Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, bu ilin I rübündə Azərbaycan Avropaya təqribən 1,1 mlrd. kubmetr qaz ixrac edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay