İlham Əliyevdən yeni SƏRƏNCAM
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılacaq.
Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 1.391.040,0 (bir milyon üç yüz doxsan bir min qırx) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın" - deyə Sərəncamda qeyd olunur.
Sərəncama görə, Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək. Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay