“Xudafərin” və “Qız Qalası” SES-lərinin istifadəyə veriləcəyi tarix AÇIQLANDI
Araz çayı üzərində və İranla sərhəddə yerləşən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının ümumi gücü 280 MVT-dır.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.
Stansiyalar haqqında jurnalistlərə məlumat verən şöbə müdiri qeyd edib ki, elektrik enerjisini istehsal edən hidroqovşaqlar və su elektrik stansiyalarının tikintisinin 2-2,5 ilə yekunlaşması gözlənir.
Ə.Həsənov qeyd edib ki, Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 MVT, “Qız Qalası” stansiyasının ümumi gücü isə 80 MVT-dir:
“Hər iki elektrik stansiyasının 716 mln kVt/s elektrik enerjisi istehsal edəcəyi gözlənilir ki, onun da 50/50 prinsipi ilə 358 mln kVt/s-ı Azərbaycanın, bir o qədəri də İranın payına düşəcək. SES-lərinin inşa edilməsi layihəsi Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanıb. Adıçəkilən layihə ilə bağlı hələ SSRİ dönəmində ölkələr arasında müzakirələr aparılmış və müvafiq sənədlər imzalanıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay