Ötən il qlobal mayeləşdirilmiş təbii qaz ticarəti 0,4 faiz artıb
COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti 2020-ci ildə 0,4 faiz artıb.
Valyuta.az AzərTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Təbii Qaz İdxalçılar Qrupu (GIIGNL) məlumat yayıb.
Bildirilir ki, keçən il qlobal LNG idxalı illik müqayisədə 0,4 faiz artaraq 356,1 milyon tona çatıb. 2020-ci ildə qlobal LNG idxalı 1,4 milyon ton artıb. Myanmar 2020-ci ildə LNG idxalına başlayıb və idxalçı ölkələrin sayı 43-ə çatıb, ixracatçı ölkələrin sayı isə 20-dir.
142,5 milyon ton LNG-nin spot bazarda və ya qısamüddətli idxal edildiyi qeyd olunub.
Asiya qitəsi Yaponiya, Çin və Cənubi Koreya başda olmaqla 2019-cu ildə 69 faiz olan qlobal LNG idxalındakı payını ötən il 71 faizə yüksəldərək lider idxalçı bölgə olmaqda davam edib. Yaponiya 74,4 milyon ton, Çin isə 69 milyon ton LNG idxal edib. Avstraliya 2020-ci ildə 77,8 milyon ton olmaqla LNG-nin əsas ixracatçısı olub, sonrakı yerlərdə Qətər, ABŞ və Malayziya qərarlaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay