Energetika
30.04.2021 / 13:24
Ölkədə qazlaşma hazırda 96,2 % təşkil edir – “Azəriqaz”
11747
"Azərbaycanda qazlaşma prosesi hər il dövlət proqramına uyğun davam etdirilir".
Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu sosial bir addımdır:
"Qazlaşma cənab Prezidentin Azərbaycan vətəndaşının rifahı üçün atdığı addımlardandır. Bu proses hər il mütəmadi davam edir. Azərbaycanda abonentlərin sayı hər il artır. Bu il də 100 minə yaxın abonent artımı gözlənilir".
O qeyd edib ki, artıq ölkə üzrə abonent sayı 2 milyon 400 minə çatıb:
"Ölkədə qazlaşma hazırda 96,2 % təşkil edir".
R. Əliyev bildirib ki, bu il dövlət proqramına uyğun olaraq xüsusi təkliflər verilib:
"Təkliflərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay