“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ
“Azərişıq” 3 şirkətlə 6 milyon manatlıq müqavilə bağlayıb.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, bu şirkətlər “Aran Tikinti-Quraşdırma” MMC, “Estet” MMC, “Original Motors” MMC-dir.
“Aran Tikinti-Quraşdırma” MMC ilə bağlanmış müqavilədə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 35/6 kV-luq 2×16 MVA gücündə “91” saylı YS-nın əvəzinə 2×40 MVA gücündə 110/35/6 kV-luq yeni yarımstansiyanın tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 271 521 manatdır.
“Estet” MMC ilə bağlanmış müqavilədə Yarımstansiyalar arasında bağlantıların qurulması üçün Şükürbəyli- Hadrut- Şuşa istiqamətində fiber optik (48 lifli) kabelin çəkilməsi və rabitə sisteminin keyfiyyətini və dayanaqlılığını artırılması üçün iki nüvəli ATS-in qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 1 999 407 manatdır.
“Original Motors” MMC ilə bağlanmış müqavilədə Müxtəlif növ ağır avto mexanizimlərin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri 2 952 203 manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay