Energetika
29.04.2021 / 10:05
ABŞ-ın kommersiya neft ehtiyatları cuzi artıb
11637
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 90 min barel artaraq 493 107 min barel təşkil edib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 659 min barel artacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay