“SOCAR” Türkiyədə iki fərqli mükafata layiq görüldü
“SOCAR Türkiyə” şirkəti və onun əsas filialı olan “Socar Petkim” məşhur “International Finance Awards” jurnalının təşkil etdiyi iki fərqli kateqoriyasında mükafata layiq görülüb.
Valyuta.Az Anadolu xəbər agentliyinə istinadən məlumat verir ki, şirkət bununla bağlı açıqlama yayıb.
Açıqlamada, İngiltərə mərkəzli “International Finance Awards” jurnalı tərəfindən “Ən yaxşı dövriyyə kapitalının idarə edilməsi” mükafatı Socar Petkim şirkətinə, “Ən Yaxşı Qadın Maliyyə İşləri Direktoru" mükafatı isə SOCAR Türkiyə Təbii Qaz İş Birliyində Maliyyə Direktoru (CFO) Bətül Sarıqayaya təqdim olunub.
Məsələ ilə bağlı açıqlama verən SOCAR Türkiyə-nin Neft Emalı və Petrokimya Sənayesi Maliyyə İşləri üzrə Köməkçisi və Petkim Maliyyə İşləri Direktoru Elçin İbadov deyib:
“Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya zavodu olan Petkim, SOCAR Türkiyənin başqa bir qrup şirkəti olan STAR Rafineri ilə inteqrasiya edərək neft-kimya xammalı ehtiyaclarını yüksək keyfiyyətlə və fasiləsiz ödəmək üstünlüyünə malikdir. Petkim'in ümumi aktivləri 2020-ci ildə əvvəlki ilə nisbətən 21% artıraraq 1.9 milyard TL-yə yüksəlib. Bütün bunların fonunda belə bir nüfuzlu yerdən mükafata layiq görülmək bizi hədsiz dərəcədə sevindirir”.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay