Energetika
28.04.2021 / 15:16
Avropada təbii qazın qiyməti 3 aylıq maksimumu yeniləyib
11614
Avropada qazın spot qiyməti yüksələrək üç aylıq rekordu yeniləyib. Bu, sərt hava proqnozları və Rusiya qazının Ukrayna ərazisi ilə tədarükündə mayda artım olacağına dair gözləntilərinin təkzib edilməsi fonunda baş verib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, Niderlandın TTF qaz qovşağında çərşənbə günü tədarük olunan qazın qiyməti yüksələrək hər min kubmetr üçün 272 dollar təşkil edib. Bu, yanvarın 24-dən bəri ən yüksək göstəricidir.
Avropada yeraltı anbarlara vurulacaq qazın həcmində nəzərəçarpacaq dərəcədə çatışmazlıq yaşanır. TTF-in hesabatları isə Rusiya qazının Ukraynadan tədarükü ilə bağlı spekulyasiyaların Avropadakı qiymətlərə təsir etdiyini göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay