Orta müddətdə neftin qiyməti 45-65 dollar aralığında olacaq - Moody’s
“Moody’s” beynəlxalq kredit reytinq agentliyi qlobal energetika sektoru üzrə proqnozunu "Sabit"dən "Müsbət"ə dəyişdirib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Moody’s” məlumat yayıb.
Agentliyin açıqlamasında qlobal energetika sektoru üzrə proqnozun dəyişdirilməsi tələb və qiymət artımı səbəbi ilə bağlı olduğu göstərilib, əmtəə qiymətlərindəki artımın gələcək 12-18 aylıq dövrdə bu sahəni dəstəkləyəcəyini gözlədiklərini bildirilib:
“Orta müddətdə neftin 1 barelinin qiymətinin 45-65 ABŞ dolları aralığında olacağını təxmin edirik”.
Qeyd edək ki, açıqlamada həmçinin əlverişli bazar şərtlərinin, qarşıdakı dövrdə şirkətlərin kəşfiyyat və istehsal fəaliyyətlərini və şirkət gəlirlərini müsbət təsir göstərəcəyi gözlənildiyi də vurğulanıb.
“Moody’s hesab edir ki, qlobal iqtisadiyyatda artım neft və təbii qaza tələbatı bu ilin sonuna və 2022-ci ilin əvvəlinə artıracaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay