BP-dən yeni layihə: Azərbaycanda ilk dəfə bal meşəsi salınıb
BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşlarının 2017-ci ildə başladıqları “Şirin Qızıl” layihəsi uğurla başa çatıb.
BP-dən Valyuta.az-a daxil olan açıqlamada bildirilir ki, bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BP şirkətinin yüksək vəzifəli əməkdaşları ilə birlikdə Samux rayonuna səfər edərək layihə çərçivəsində 110 000 nektar ağacının əkildiyi əraziyə baş çəkib və dayanıqlı bal biznesi qurmuş bir sıra ailələrlə tanış olub.
Səfər zamanı nazir Muxtar Babayev və BP şirkətinin yüksək vəzifəli əməkdaşları yerli hakimiyyət orqanlarının nümayəndələri və könüllülərlə birlikdə “Şirin Qızıl” lahyihəsi üçün 2 000 nektar ağacı əkiblər.
BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu barədə açıqlama verərək, fəaliyyət göstərdikləri bölgələrdəki icmalarda insanlara dayanıqlı mənfəət və faydalar gətirməkləri ilə fəxr etdiklərini bildirib.
Onun sözlərinə görə, “Şirin Qızıl” layihəsində qarşıya qoyulan məqsədlər tam həyata keçirilib – kənd icmalarında insanlar üçün gəlir imkanları açılıb və yeni bacarıqlar yaradılıb:
“Həmçinin bu layihənin ölkədə ağac əkmə və yeni meşələr salma hərəkatına əhəmiyyətli töhfə verməsindən çox məmnunuq. İnanırıq ki, layihə çərçivəsində yaradılmış bal meşəsi həm arıçılıq üçün bir nektar mənbəyi olaraq, həm də yaşıl təbiət və təmiz ekologiyaya dəyərli dəstək kimi uzun illər boyu yerli icmalara xidmət edəcək”.
Xatırladaq ki, “Şirin Qızıl” layihəsi boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvü üçün yeni gəlir imkanları yaradılmasını nəzərdə tutan bir-illik pilot təşəbbüsü kimi 2017-ci ildə başlanılıb. Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanları idi.
Sonra layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadıldı. Layihənin üç il üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi əlavə olaraq daha 400 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110 mindən çox nektar ağacı əkmək idi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay