Energetika
23.04.2021 / 12:57
"OPEC+" ölkələri aprelin 28-də tam formatda görüşəcək
11337
"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirləri 28 aprel tarixində tam formatda (razılaşmaya daxil olan bütün ölkələrinin iştirakı ilə) toplantı keçirəcəklər.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, həmin gün iki görüşün keçirilməsi gözlənilir.
Öncə "OPEC+"ın Monitorinq Komitəsinin görüşünün, bundan sonra isə razılaşmada iştirak edən bütün ölkələrin nazirlərinin toplantısının keçirilməsi nəzərdə tutulub.
Qeyd olunur ki, iclasların keçiriləcəyi dəqiq vaxtı hələ təyin edilməyib.
Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay