Energetika
22.04.2021 / 15:34
Son 10 ildə 1554 kənd və qəsəbə qazlaşdırılıb - “Azəriqaz”
11288
“Son 10 ildə respublikamızda 1554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub”.
Valyuta.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Caspian Energy Club”ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da çıxışında deyib.
R.Əliyev bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq artıq ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2 faiz təşkil edir.
Qeyd edək ki, forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. R.Əliyev çıxışı zamanı qazlaşdırıma ilə bağlı bəzi məqamlara da toxunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay