Energetika
22.04.2021 / 10:59
ABŞ-ın xam neft ehtiyatları artıb - AÇIQLAMA
11254
ABŞ-ın xam neft ehtiyatları keçən həftəyə nisbətdə bu həftə 600 min barel artıb.
Valyuta.Az “New-York Times” qəzetinə istinadən verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası məlumat yayıb.
Administrasiya, ölkədəki xam neft ehtiyatlarının keçən həftəyə nisbətdə 600 min barel artaraq ümumilikdə 493 milyon barelə çatdığını bildirib. Halbuki, mütəxəssislər neft ehtiyatlarının təxminən 2 milyon 975 min barel azalacağını qeyd etmişdilər.
Sözügedən qurumun bu ay təqdim etdiyi hesabata görə, ABŞ-ın günlük neft hasilatının bu il 11 milyon barel, növbəti il isə 11 milyyon 900 min barel olması gözlənilir.
Tərcümə edən: Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay