Energetika
21.04.2021 / 14:05
SOCAR Rusiya qazının tranzitini tamamlayıb
11214
SOCAR və Rusiyanın "Qazprom Export" şirkətləri arasında imzalanmış qısamüddətli müqavilə (1 ay müddətinə) çərçivəsində qazın nəqli prosesi artıq tamamlanıb.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, qazın tranziti prosesi aprel ayının 14-də başa çatıb.
Qeyd edək ki, tərəflər müqavilə çərçivəsində 150 mln. kubmetr civarında qazın nəqli barəsində razılığa gəlmişdilər. Lakin İ. Əhmədov kommersiya sirri səbəbindən son rəqəmi açıqlamayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay