Energetika
21.04.2021 / 10:02
Rusiya qaz hasilatı və ixracı üzrə proqnozlarını azaldıb
11183
Rusiyada 2035-ci ildə qaz istehsalı 838,3 mlrd. – 1,048 trln. civarında olacağı proqnozlaşdırılır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyada 2035-ci ilədək qaz sənayesinin inkişafı üzrə yenilənmiş əsas sxemdə qeyd olunur.
Məlumata görə, sxemin öncəki variantında qaz hasilatının 847 mlrd. - 1,055 trln. civarında olacağı qeyd olunurdu.
Bildirilir ki, 2035-ci ildə Rusiyanın qaz ixracı 330-472 mlrd. kubmetr civarında olacaq. Sxemin öncəki redaksiyasına əsasən, bu göstərici 339-480 mlrd. səviyyəsində olacağı proqnozlaşdırılırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay