Liviya neft hasilatını azaltdı - neft qiymətləri də artdı
Liviyanın Dövlət Neft Şirkətinin ölkə üzrə ümumi neft hasilatının həcmini azaltması barədə verdiyi qərar bu gün neftin qiytmətlərində artıma səbəb olub.
Valyuta.Az Sondakika.com-a istinadən xəbər verir ki, neft şirkəti bununla bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, son günlərdə ölkə üzrə neft hasilatının 1 milyon barreldən aşağı düşməsi nəticəsində Mərkəzi bank tərəfindən maliyyə axımı dayandırılıb. Bununla bağlı olaraq, neft hasilatının müvəqqəti azaldılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, bu qərar dünya neft bazarına təsirsiz ötüşməyib.
Son göstəricilərə görə, “Brend” markalı neftin 1 barelinin qiyməti 0,97% artaraq 67 dolların üzərinə qalxıb. “Azərlight” markalı neftin 1 barelinin qiyməti isə 66,5 dollardan baha satılır.
Tərcümə edən: Kamran Xəlilov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay