Energetika
19.04.2021 / 16:11
İran uranı 60 faizə qədər zənginləşdirməyə başlayıb - AEBA
11066
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın Natanz şəhərində nüvə obyektində uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi təşkilatın açıqlamasına istinadən bildirib.
AEBA-da bildirilib:
"İran 60 faiz (izotop) səviyyəsinə qədər zənginləşdirilmiş UF6 [uran heksaflorid] istehsalına başlayıb".
Eyni zamanda, təşkilatın Reuters-in sərəncamında olan məxfi hesabatında qeyd olunub:
"<...> müəssisədə istehsal olunan UF6 zənginləşdirmə səviyyəsinin, İranın agentliyə bildirdiyi kimi, 55,3 faiz U-235 təşkil edib".
AEBA əməkdaşları məlumatların doğru olub olmadığını yoxlamaq üçün Natanz müəssisəsindən zənginləşdirilmiş uran nümunəsini araşdıracaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay