Energetika
15.04.2021 / 15:29
Rusiyada neftin ixrac rüsumu azaldılır
10861
Bu ilin mayın 1-dən Rusiya neftinin ixrac rüsumu 2,7 ABŞ dolları məbləğində azaldılaraq bir ton üçün 54,9 dollar təşkil edəcək.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 15 mart – 14 aprel 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 61,89 (öncəki ay 64,35 dollar) və ya bir ton üçün 451,8 (öncəki ay 469,7 dollar) təşkil edib.
Xatırladaq ki, bundan əvvəl Rusiyada aprel ayı üçün neftin ixrac rüsumu 8 dollar artırılaraq 57,6 dollara çatdırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay