Energetika
07.04.2021 / 18:06
EIA OPEC-in builki neft hasilatı üzrə proqnozunu ENDİRİB
10465
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azaldıb.
Valyuta.az-ın "APA-Ecocomics"ə istinadən verdiyi məlumata görə, bu barədə EIA-in aylıq hesabatında göstərilib.
Bildirilir ki, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,67 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,14 mln. barel azdır.
Proqnoza görə, gələn il bu göstəricinin 28,03 mln. barel olacağı ehtimal edilir (ötən proqnoza əsasən, 27,99 mln. barel).
EIA-in hesablamalarına görə, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,59 mln. barel olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay