Energetika
07.04.2021 / 11:52
Türkiyə Qara dənizdə yeni kəşfiyyat quyusu qazmağa başlayır
10425
Türkiyənin qazma gəmisi "Fatih" Qara dənizdə yerləşən "Amasra-1" qaz yatağı istiqamətinə yollanıb.
Valyuta.az "APA-Economics"-ə istinadən məlumat verir ki, qazma gəmisi hazırda Zonquldak ilində yerləşən Filyos Limanından Sakarya ilində yerləşən "Amasra-1" quyusu istiqamətində yoldadır.
Türkiyə Milli Neft şirkətindən bildiriblər ki, "Fatih" təyinat yerinə çatandan sonra kəşfiyyat quyusunun qazılması işlərinə başlayacaq.
Qeyd edək ki, ölkənin digər qazma gəmisi olan "Kanuni"nin də yaxın zamanlarda "Fatih"ə qoşulması gözlənilir.
Yataqdan ilk qaz nəqlinin 2023-cü ildə başlaması proqnozlaşdırılır və illik qaz hasilatının 5-10 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay