06.04.2021 / 17:42
Təbii qazın qiyməti yenidən bahalaşır – BİRJA
10390
Amerika enerji birjalarında 2.48 dollar dəyərində (0.29 MWh) dəstək görən təbii qazın qiyməti gün ərzində əlavə olaraq 2.2% dəyər qazanıb.
Valyuta.az-ın verdiyi məlumata görə, hazırda önəmli müqavimət səviyyəsində, yəni 2.55 dollar dəyərində olan qiymət, 2.60 dollara kimi dəyər qazana bilər.
Qeyd edək ki, bazar ertəsi Beynəlxalq Valyuta Fondu yeni qlobal iqtisadi inkişaf proqnolarını açıqladıqdan sonra birjalarda risk təhlükəsi artmaqla yanaşı, əmtəə birjalarında da treyderlərin tələbi artıb.
Amerika və dünyada vergilərin artırılacağı, korona böhranından tam çıxma proqnozlarının ilin sonuna kimi uzadılması xəbərlərindən sonra qazın qiyməti müqavimətlə rastlaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay