“Brend” nefti yenidən bahalaşıb - BİRJA
Ötən həftə 1 bareli 61 dollara yaxın olan “Brend” markalı neftin qiyməti bu gün 63 dollara qədər bahalaşıb.
Valyuta.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ-da açıqlanan xidmət sektoru sahəsindəki göstəricilər gözləniləndən daha yaxşı nəticələr verib və iqtisadi fəaliyyətlə bağlı nikbinliyi artırıb.
Xidmət sektorunun əhəmiyyətli göstəricilərindən biri olan Satınalma İdarəetmə İnstitutu (İMK) qeyri-istehsal göstəricisinin mart ayında aylıq 8,4% artaraq 63,7 dəyəri ilə tarixin ən yüksək səviyyəsinə çatdığını bildirib.
Qeyd edək ki, bu gün Vyanada baş tutacaq İranla nüvə razılaşması və ABŞ-ın bu razılığa dönməsini barəsindəki görüşmələr neft qiymtlərinə təsirsiz ötüşməyəcək. Son günlərin ümumi statiskikasına əsasən, Brend markalı neft 61-64 dollar arasında dəyişir.
Kamran Xəlil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay