OPEC istəsə belə, hasilat məhdudiyyətini olduğu kimi saxlaya bilməyəcək - EKSPERT
“Dünən 23 ölkə XV dəfə yenidən toplaşdı. Qərara gəldilər ki, OPEC + ölkələri gündəlik xam neft hasilatının növbəti 3 ayda 1,1 milyon barel artırsınlar. Azərbaycanın bu artımda payı mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel olacaq”.
Valyuta.Az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib.
Yəni, mayda hasilat həcmi 115 min barel, iyunda 108 min barrel, iyulda isə 98 min barel azaldılacaq. Beləliklə də, gündəlik xam neft hasilatı müvafiq olaraq mayda 603, iyunda 610, iyulda isə 620 min barel olacaq.
Ekspert hesab edir ki, OPEC hasilat məhdudiyyətini oldugu kimi istəsə belə saxlaya bilməyəcək. “Rusiya və Qazaxstan artıq 4 martda olan 14-cü toplantıda analoji olaraq gündəlik 130 min və 20 min barrel həcmində güzəştləri inadla əldə etmişdilər. Odur ki, bu tendensiyanın davam etməsi gözlənilən idi. Lakin görünən odur ki, qiymət enişlərindən qorxan OPEC+ hər vəclə hasilat kvotalarını tam ehtiyatla idarə etməyə çalışsırlar. Amma, yenə də birjalarda qiymətlər hasilat məhdudiyyətinin dəyişmə dinamikası ilə düz mütənasiblik təşkil edəcək”,- deyə o qeyd edib.
Neftin qiymətinin dəyişməsi tələb və təklifdən asılıdırsa və Opek qiymətə nəzarət etmək istiyirsə, hasilatı niyə artırır? Suala cavab verən eskpert bunun 3 səbəbə bağlı olduğunu söyləyib.
1) Məhdudiyyətlərin tam qane etmədiyi ölkələr var.
2) Məhdudiyyət əbədi ola bilməz.
3) Qiymətlərin daha yüksəyə qalxması bazara əlavə oyunçular daxil edəcək.
Məhz bu 3 səbəbə görə limitlərin tədricən azaldılması baş verir
İlhamə
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay