"Azəriqaz"dan əhaliyə qarşı dələduzluq edən şəxslə bağlı AÇIQLAMA
Ruslan Əliyev: Heç vaxt bizim qurumun əməkdaşlarına pul verməyin”
"Azəriqaz" İstehsalat Birliyi Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində qurum adından istifadə edərək əhalidən pul yığan dələduzla bağlı açıqlama yayıb.
Valyuta.az xəbər verir ki, İB-nin sədri Ruslan Əliyev özünün “Facebook” səhifəsində, dünən oxu.az saytından quruma bununla bağlı məlumat daxil olduğunu bildirib.
İB sədri qeyd edib ki, qəsəbədə yaşayan sakinlərdən bir nəfər “Azəriqaz” İstehsalat Birliyinin adından istifadə edir, guya sonradan ödənişli (elektron-mexaniki) sayğacları müəyyən vəsait qarşılığında əvvəlcədən ödənişli (smart-kart) sayğaclarla dəyişir.
Quruma təqdim olunan fotonu araşdırdıqlarını bildirən R.Əliyev əlavə edib ki, qurumun belə bir işçisinin olmadığı üzə çıxdı:
“Biz bir daha vətəndaşlara müraciət edirik. Diqqətli olun! Dələduzlara aldanmayın. Heç vaxt bizim qurumun əməkdaşlarına pul verməyin. Çünki "Azəriqaz" İB-nin əməkdaşları ödənişli xidmət göstərmir.
Hüquq-mühafizə orqanlarından da xahiş edirik ki, bu kimi hallarla mübarizədə Birliyə yardımçı olsunlar. Vətəndaşlar isə belə vəziyyətdə dərhal polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə müraciət etsinlər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay