“Brent” nefti iyunun sonuna qədər 68 dollara çatacaq – PROQNOZ
İyun ayının sonuna qədər “Brent” markalı neftin bir bareli 68 ABŞ dolları səviyyəsində dayana bilər.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, belə proqnozu “Saxo Bank”ın əmtəə-xammal bazarındakı strategiya şöbəsinin müdiri Ole Hansen verib.
O, bu ilin ikinci rübündə xammal sektorunun inkişaf edəcəyini qeyd edib.
O.Hansen hesab edir ki, neft önümüzdəki aylarda tələbatın artması və OPEC+ sazişi çərçivəsində hasilatın məhdudlaşdırılması fonunda bahalaşacaq:
“Bu strategiya qlobal yanacaq tələbatının gündəlik 5,4 milyon barel səviyyəsində bərpa olunmasına qədər uğurlu olacaq, OPEC-ə üzv olmayan ölkələrdə təklif artımı isə məhdud və gündəlik 1 milyon bareldən az olacaq”.
Bakı vaxtı ilə saat 14:07-yə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 0,53 % azalaraq bir barel üçün 63,83 ABŞ dollarına, may fyuçersləri 0,45 % azalaraq 63,85 dollar/barelə enib.
WTI markalı neftin may fyuçerslərinin dəyəri isə 0,51 % azalaraq bir barel üçün 60,24 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neft dünən 1,3-1,6 % ucuzlaşdıqdan sonra bu gün səhər saatlarında orta hesabla 0,7 % bahalaşmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay