BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
7194

Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizi yaxın gələcəkdə böyük strateji əhəmiyyət kəsb edəcək.

Bu barədə millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında bildirib.

Onun sözlərinə görə, Naxçıvanla quru yolunun bərpası Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət daşıyır.

"Bu proses Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında quru nəqliyyatın təmin olunması anlamına gələcək.

Bu bir tərəfdən Azərbaycan istehsal olunan məhsulların Naxçıvan və Türkiyə bazarına nəql edilməsinə imkan yaradacaq. Digər tərəfdən isə bu Naxçıvan MR-da istehsal edilən məhsulların daha ucuz və daha qısa müddətdə Azərbaycanın digər bölgələrinə göndərilməsi, onun bir qisminin dünya bazarına çıxarılmasına şərait yaradacaq.

Həmin nəqliyyatın Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası nəzərdə tutulub. Bu da Azərbaycan üzərində daşınan beynəqlxaql yüklərin həcminin artmasının və Azərbaycanın beynəlxalq yük daşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq.

Bu baxımdan təbii ki, Azərbaycan iqtisadiyyatı üçün pozitiv təsirləri olacaq”, - deyə deputat bildirib.
 
V.Bayraovun fikrincə, bu proses Türkiyə ilə iqtisadi əlaqələrin daha da inkişafına təsir edəcək:

"Türkiyənin Şərq bölgəsinin bələdiyyə rəhbərərinin qiymətləndirmələri də göstərir ki, bu ərazilərin həm iqtisadi baxımdan inkişafına təsir edəcək.

Çünki onların ixrac imkanları artacaq. Eyni zamanda bu Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə və ticarət dövriyyəsinin böyüməsinə imkan yaradacaq.

Eyni zamanda Rusiyadan Türkiyəyə və ya əksinə Türkiyədən Rusiyaya Azərbaycan üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək. Praktiki olaraq bu Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinə pozitiv təsir göstərəcək”.

Millət vəkili deyir ki, təklif olunduğu kimi gələcəkdə 6-lıq platformasının yaradlması müzakirə olunur:

"Bunun üçün Ermənistanın qonşuların ərazi bütövlüyünü tanıması, qonşuları ilə sülh şəraitində yaşaması çox vacibdir.

Bunun üçün Ermənistan işğalçı siyasətdən əl çəkərsə, reallığı qəbul edərsə, qonşuları ilə münasibətləri bərpa edərsə, bölgədə vəziyyət daha da yaxşılaşacaq.

Bu həm də Ermənistanın iqtisadi əlaqələrinə təsir göstərəcək. Bütün hallarda nəqliyyat əlaqələrinin genişlənməsi Azərbaycanın dövlət gəlirlərinə də müsbət təsir edəcək. Bütünlükdə bu regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq”. (BAKU.WS)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin