BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62474

"Sabah 2025-ci ilin ilk günüdür. Gələn il həmçinin Azərbaycanda 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paketin icrası ilə yadda qalacaq".

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamına uyğun olaraq sabahdan ölkədə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılacaq:

"Bu o deməkdir, sabahdan etibarən həm dövlət, həm də özəl sektorda 400 manatdan az maaş vermək mümkün olmayacaq. Azərbaycan Prezidentinin digər sərəncamı ilə isə sabahdan etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir".

Deputat bildirib ki, sabahdan həmçinin əmək pensiyalarının indeksləşdirilməsi nəzərdə tutulur:

"Bununla belə, orta aylıq əməkhaqqı da artımla bağlı rəsmi statistika fevralın əvvəlində bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları fevral aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Həm yerdə, həm də havada: Unikal elektromobil yaradıldı

Çin kriptovalyutalarla bağlı yeni məhdudiyyətlər tətbiq edib

Çin Avropanı "məhv edir": Dünyanın ən uğurlu avtomobil markaları

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

"Tesla"nın Çin satışları rekord qırıb

Nə Roma, nə Milan: 2025-ci ildə İtaliyada mütləq ziyarət edilməli 5 məkan

Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?

Azərbaycanda istehsal edilən kompüterlərin sayı

"Apple" "Siri" istifadəçilərinə 95 milyon dollar təzminat ödəyəcək

Azərbaycanda ötən il avtobuslarla sərnişindaşımaları artıb

Bu gündən Bakının 2 rayonunda suyun verilməsində fasilə yaranacaq

Avropada qazın qiyməti 14 ayın zirvəsində - "The Guardian"

Bayden 14,9 milyard dollarlıq satışı əngəllədi

Çin dünyanın ən böyük hidroakkumulyasiya elektrik stansiyasını istismara verdi

Bölgələrdə 15 dərəcə isti, dağlarda 10 dərəcə şaxta...

Azərbaycanda qazın yeni qiymətinin tətbiqinə start verilib

Kimlərin gəlirinin 75 faizi vergidən azad edilir? - AÇIQLAMA

Türkiyədə ötən il üçün inflyasiya rəqəmləri açıqlanıb

Musk xeyriyyə təşkilatına 108 milyon dollar bağışlayıb

Neftimizin qiyməti 78 dolları ötüb

Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır

ABŞ Dövlət Departamenti Yaponiyaya 3.64 milyard dollarlıq raket satışını təsdiqləyib

Bəzi plastik cərrahların sənədləri saxtadır -Nazirlikdən xəbərdarlıq

Saylor "Bitcoin"lə bağlı yeni proqnozlarını açıqladı - 13 milyon dollara çata bilər

Dünyanın ən etibarlı avtomobil markaları -SƏHƏR OXUSU

Dünyanın ən etibarlı avtomobil markaları -SƏHƏR OXUSU

"Cardano"nun təsisçisi bu altkoinin gələcəyi haqqında danışıb

"Cardano"nun təsisçisi bu altkoinin gələcəyi haqqında danışıb

İsveçrədə "Bitcoin" üçün referendum planı - Hədəf 100 min imza

Azərbaycanda gübrə istehsalı 50%-ə yaxın artıb

"Nvidia"nın milyarderləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin