BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62472

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7 faiz və ya 9505 ton, dəyər baxımından isə 35.4 faiz və ya 16 milyon 378 min dollar çoxdur. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 36 milyon 685 min ABŞ dolları dəyərində 41 min 38 ton düyü gətirilib. Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün hər tonunun orta idxal qiyməti 14 faiz artaraq 1038 ABŞ dollarına bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 910 ABŞ dolları təşkil edib. 

Qarşıdan Yeni il gəlir. İnsanlar artıq bayram üçün alış-veriş etməyə başlayıb. Düyünün idxal qiymətinin bahalaşması marketlərdəki qiymətə necə təsir edib? 

“Düyünün orta qiyməti 5 manat 50 qəpikdən başlayır”

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, düyünün bazar qiymətində artım yox, əksinə, azalma müşahidə edilir: “Hər bayramqabağı digər qida məhsulları kimi düyüyə də tələbat artır. 14 faizlik artım idxal edilən məhsulun yalnız bir tonuna şamil olunacaq. Bu səbəbdən artımın vətəndaşın büdcəsinə o qədər də təsir edəcəyini düşünmürəm. Düyünün orta qiyməti 5 manat 50 qəpikdən başlayır. Bu sahədə digər qida məhsullarından fərqli olaraq, işbazların qiymət artımı yoxdur. Əksinə, endirimli qiymətlər mövcuddur. Bayram ərəfəsi tələbat olduğu üçün sahibkarlar satış həcmindən qazanır”.

“Novruz bayramında qiymətlər dəyişəcək”

G.Hüseynovanın fikrincə, hazırda qiymətlərdə artım müşahidə edilməsə də, bayramdan sonra cüzi bahalaşma ola bilər: “Bir kiloqram üçün artım 55-60 qəpik gözlənilir. Novruz Bayramı ərəfəsində alıcı artıq həmin məhsulu yeni qiymətlərlə alacaq. Sahibkarın bayramqabağı kampaniyası və ya hər hansı endirimi də ola bilər. Bu səbəbdən konkret rəqəm demək olmur. Dünyada gedən proseslər, ölkələrin iqtisadi vəziyyəti, inflyasiya, iqlim kimi faktorlar qiymətə təsir edir”.

İqtisadçı bildirdi ki, xarici valyutanın məzənnəsi sabit qalsa da, sahibkar üçün bu vəziyyət fərqlidir: “Bir milyon manatlıq məhsula 140.000 manat artıq vəsait ödəyir. Qiyməti artırmağa məcburdur. Qiymətləri tənzimləmək üçün ilk növbədə yerli istehsala yönəlib idxal məhsulunu bazardan çıxarmaq, qısa müddətdə mümkün olmadıqda, güzəştli idxal gömrük rüsumları ilə ölkəyə daxil etmək lazımdır. Lakin düyü yüksək tələbat olmayan məhsul olduğu üçün hər iki seçim hazırda gözlənilmir”.

“Qiymətin sabitləşməsi üçün tədbirlər görülür”

İqtisadçı Rauf Qarayev isə dedi ki, daxili bazarımızın böyük hissəsini ixrac məhsulları tutur: “Düyü istehsalımız tələbatı ödəmədiyindən digər ölkələrdən düyü idxal etməyə məcburuq. Pakistan düyüsü ilə bağlı Nazirlər Kabinetinin qərarı 2022-ci ilin dekabrından qüvvəyə minib və 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir. Pakistan düyüsünün gömrük rüsumundan azad edilməsi ilə oradan gətirilən düyü miqdarı artıb”.

R.Qarayev əgər qiymətlərdə süni artımlar olarsa, atılmalı vacib addımlardan da bəhs etdi: “Bayram ilə əlaqədar düyünün qiymətinin o qədər də artacağını düşünmürəm. Çünki düyüyə olan tələbatın artması daha çox Novruz Bayramına təsadüf edir. Həmin bayramda çərşənbələr zamanı insanlar plov bişirir. Həmçinin ölkəmizin düyüyə olan tələbatı digər qonşu ölkələrlə müqayisə etdikdə xeyli azdır. İdxal qiymətlərinin yüksəlməsi də düyü qiymətlərinin artımına səbəb olmayacaq. Çünki qiymətin sabitləşməsi üçün tədbirlər görülür. Əgər süni qiymət artımları olarsa, bunun qarşısının alınması üçün digər ölkələrdən gətirilən düyülər də vergi və gömrük rüsumlarından azad edilə bilər. Bu da effekt verməzsə, düyü istehsalımızın artırılması üçün tədbirlərin görülməsinə ehtiyac yaranacaq”.

“Yerli düyü tələbatı ödəmir, amma xaricə göndərilir”

İqtisadçı bildirdi ki, Azərbaycanda da düyü istehsal edilir. Lakin qiyməti baha olduğundan daha çox xaricə ixrac edilir: “Azərbaycan düyüsü idxal edilənlərdən qat-qat keyfiyyətlidir. Bizdə düyünün yetişdirilməsi baha başa gəlir. Həmçinin ildə bir dəfə əkilir. Maya dəyərinin yüksək olması da qiymətini qaldırır. Ölkəmizdə əkilən düyünün ixracı həyata keçirilir, Rusiya bazarlarına çıxarılır. Yerli düyünün qiyməti baha olduğundan insanların seçimi əsasən xarici məhsullar olur”.

R.Qarayev düşünür ki, bazarda yerli məhsula tələbat olmasına da çalışmaq lazımdır: “Yaxşı olardı ki, məhsulumuz yerli tələbatımızı tam ödədikdən sonra xaricə getsin. Lakin bizim fermerlərimiz məhsullarını daxilə yox, xaricə çıxarmağa daha maraqlıdırlar. Ümumiyyətlə, maya dəyəri daha ucuz başa gələn məhsulların yetişdirilməsinə çalışmaq lazımdır”.

Kaspi.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Həm yerdə, həm də havada: Unikal elektromobil yaradıldı

Çin kriptovalyutalarla bağlı yeni məhdudiyyətlər tətbiq edib

Çin Avropanı "məhv edir": Dünyanın ən uğurlu avtomobil markaları

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

"Tesla"nın Çin satışları rekord qırıb

Nə Roma, nə Milan: 2025-ci ildə İtaliyada mütləq ziyarət edilməli 5 məkan

Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?

Azərbaycanda istehsal edilən kompüterlərin sayı

"Apple" "Siri" istifadəçilərinə 95 milyon dollar təzminat ödəyəcək

Azərbaycanda ötən il avtobuslarla sərnişindaşımaları artıb

Bu gündən Bakının 2 rayonunda suyun verilməsində fasilə yaranacaq

Avropada qazın qiyməti 14 ayın zirvəsində - "The Guardian"

Bayden 14,9 milyard dollarlıq satışı əngəllədi

Çin dünyanın ən böyük hidroakkumulyasiya elektrik stansiyasını istismara verdi

Bölgələrdə 15 dərəcə isti, dağlarda 10 dərəcə şaxta...

Azərbaycanda qazın yeni qiymətinin tətbiqinə start verilib

Kimlərin gəlirinin 75 faizi vergidən azad edilir? - AÇIQLAMA

Türkiyədə ötən il üçün inflyasiya rəqəmləri açıqlanıb

Musk xeyriyyə təşkilatına 108 milyon dollar bağışlayıb

Neftimizin qiyməti 78 dolları ötüb

Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır

ABŞ Dövlət Departamenti Yaponiyaya 3.64 milyard dollarlıq raket satışını təsdiqləyib

Bəzi plastik cərrahların sənədləri saxtadır -Nazirlikdən xəbərdarlıq

Saylor "Bitcoin"lə bağlı yeni proqnozlarını açıqladı - 13 milyon dollara çata bilər

Dünyanın ən etibarlı avtomobil markaları -SƏHƏR OXUSU

Dünyanın ən etibarlı avtomobil markaları -SƏHƏR OXUSU

"Cardano"nun təsisçisi bu altkoinin gələcəyi haqqında danışıb

"Cardano"nun təsisçisi bu altkoinin gələcəyi haqqında danışıb

İsveçrədə "Bitcoin" üçün referendum planı - Hədəf 100 min imza

Azərbaycanda gübrə istehsalı 50%-ə yaxın artıb

"Nvidia"nın milyarderləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin