BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
61948

Rəsmi statistikaya əsasən, istehlak kreditləri götürən əhalinin 95 faizinin sığortası yoxdur. Belə ki, kredit borcuna girən şəxslər üçün bu sığortaya maraq olduqca aşağıdır.

Həyat sığortası nə zaman məcburidir?

Ölkəmizdə əmlak alışı üçün nəzərdə tutulan ipoteka krediti götürülən zaman həyat sığortası mütləq sayılır. Həyat sığortası zamanı həyatın və ya əmək qabiliyyətinin itirilməsi şəraitində borclu bank müştərisi kredit müqaviləsi üzrə qalıq borca bərabər məbləğ sığorta şirkəti tərəfindən ödənilir. Belə olan halda, borc tam qarşılanır və ev onun (və ya varisinin) mülkiyyətində qalır.

Qeyd edildiyi kimi, ölkəmizdə istehlak kreditləri üçün bu, könüllüdür və əhalinin buna marağı olduqca aşağıdır. 2023-cü ilin sonunda istehlak kreditlərinin həcmi tarixi maksimumu yeniləməklə 7 mlrd. 141.9 milyon manat ekvivalentinə qalxsa da, kreditlər üzrə cəmi 3.83 mln. manat sığortalanma qeydə alındı.

Nəzərə alaq ki, kredit həyat sığortası kredit müraciəti zamanı könüllü olaraq təklif edilir. Kredit götürən şəxs bu üstünlükdən yararlana da bilər, üstünlükdən imtina da edə bilər. 

Kredit həyat sığortasının qiyməti kredit götürən şəxsin yaşı, kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir. Və təbii ki, müştərinin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca yüksəkdir.

Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir

Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əlilliyinin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit borcunu qarşılayır. 

Kredit götürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında bu sığorta məhsulu çərçivəsində kredit borcunun ödənilməsi təmin edilir. Bu hallarda borcun ödənilməsi həyat sığorta şirkəti tərəfindən həyata keçirilir.

Məhsul kredit götürənin ailəsinin maddi çətinliklərlə üzləşməsinin qarşısını almaq məqsədi daşıyır. İstehlak krediti götürən şəxsin və ailəsinin maliyyə təhlükəsizliyini təmin etmək üçün olduqca faydalı məhsuldur.

Kredit həyat sığortasına maraq niyə azdır?

Mövzu ilə bağlı fikirlərin bölüşən millət vəkili Vüqar Bayramov bildirib ki, istehlak krediti götürən bəzi şəxslər dünyasını dəyişən zaman banklar qalan vəsaiti mərhumun yaxınlarından tələb edir:

“Bu da istər-istəməz narazılıq yaradır. Belə xoşagəlməz halların yaranmasına səbəbsə sığortadan istifadə edilməməsidir. Sığortadan istifadə edilməməsi məhz öhdəliyin bölüşdürülməməsinə gətirib çıxarırdı. Artıq istehlak kreditlərinin sığortalanması imkanları var. Bu da nəticə etibarı ilə imkan verir ki, istehlak krediti götürən şəxs dünyasını dəyişdiyi zaman və yaxud sağlamlığında hər hansı bir ciddi problem yarananda kreditin qalan hissəsi ailə üzvləri yox, sığorta şirkəti tərəfindən ödənilsin. Bununla da kredit götürən şəxs dünyasını dəyişən zaman onun yaxınları heç bir öhdəlik daşımayacaq”.

Müsahibimiz deyib ki, bu gün istehlak kreditlərinin ümumi həcmi ölkə üzrə 7 milyard manatdan artıqdır:

“3 milyondan artıq vətəndaşımızın istehlak krediti var. Ona görə də belə vəziyyətdə risklərin idarə edilməsinə sığorta şirkətlərinin cəlb edilməsi vacibdir.

Nəzərə alaq ki, risklərin idarə olunması kommersiya banklarına kredit faizlərini aşağı salmaq imkanları yaradır. Çünki risklər nə qədər çox idarə olunursa, risqlər bir o qədər də azalır. Bu da banklara imkan verir ki, kredit faizləri daha şox aşağı salınsın. Lakin ötən müddətdə kredit həyat sığortasına marağın azlığı sual doğurur. Bu da onunla bağlı ola bilər ki, banklar ya vətəndaşlara sığortanın üstünlüklərini lazımınca izah etmir, ya da vətəndaşlar əlavə xərcdən qaçır”.

Kredit həyat sığortasına marağın az olmasının əsas səbəbləri

Hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, kredit həyat sığortasına marağın azlığının 2 səbəbi var:

Birinci səbəb odur ki, kredit götürən şəxs əlavə xərcə düşmək istəmir. Amma o düşünmür ki, bu sığorta ona bir rahatlıq gətirir. İkinci səbəbsə psixoloji məsələdir. Heç kimi sabahı düşünmür, bu günlə yaşayır. Düşünən yoxdur ki, mən sabah xəstə düşə və yaxud qəflətən ölə bilərəm. Bu zaman isə övladlarımı ağır yük altında qoya bilərəm.

Belə xoşagəlməz vəziyyətdən sığortalanmağın ən yaxşı yolu da sığortadır. Əgər həyat sığortan varsa, sabah əmək qabiliyyətini itirəndə və hətta dünyadan qəfil köçəndə bu sığorta növü hər bir şəxsi xoşagəlməz hallardan sığortalayır. Amma çox təəssüf ki, insanlar bu sığorta növündən faydalanmaqda tərəddüd edirlər”.

© Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Varvara Balıq" cərimələnə bilər

Naxçıvanın yolları ilə bağlı 25 milyonluq tender elan edildi

“Əgər alıcının arzuları cibindən böyükdürsə..." - Warren Buffettin sərmayə strategiyası

"ABA Logistics" məhkəməyə verilib

Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Tesla"nın 572 milyard dollarlıq "Tramp rallisi"

"X"in abunəlik qiymətlərindəki rekord artım: Bazarlara təsiri

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

ABŞ-da dövlət 1 milyon nəfərə 1400 dollar verəcək: Səbəb nədir?

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin