BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
61947

Dövlət Turizm Agentliyi Azərbaycanda tibbi turizmin inkişafı ilə bağlı genişmiqyaslı strategiya hazırlayır. Bundan başqa da “Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər. 

Görüləcək bu tədbirlər tibbi turizmin inkişafına necə təsir edəcək? Ümumiyyətlə, Azərbaycanda bu sahəni necə inkişaf etdirmək olar?

Mövzu ilə bağlı Valyuta.az-a danışan turizm eksperti Əziz Şiriyev deyib ki, Dövlət Turizm Agentliyi 2025-ci ildə Azərbaycanda tibbi turizmin inkişafı üçün genişmiqyaslı strategiya hazırlayır. Bu strategiyanın hazırlanmasında turizmlə məşğul olan şəxslər də iştirak edir:

“Düşünürəm ki, tibbi turizmin inkişafı üçün çox gözəl işlər görüləcək. Xüsusən, bizim unikal müalicə sanatoriyalarımız, resurslarımız, imkanlarımız var ki, biz bunları dünyaya daha geniş miqyasda çatdırmalı, daha çox turist cəlb etməliyik”.

Azərbaycanın tibbi turizm mərkəzləri haqqında danışan ekspert deyib ki, ölkəmizin bu sahə ilə məşğul olmaq üçün potensialı var:

“Məsələn, Naftalan nefti bizə məxsus unikal məhsuldur, ikincisi, dünyada ən çox Azərbaycanda olan palçıq vulkanları, üçüncü məhsul mineral və termal sulardır. Hansı ki, bu sulardan həm vannalar qəbul etmək olur, həm də içərək müalicə etdirmək olur. Dördüncüsü isə, Naxçıvan duz dağıdır ki, onun da tibbi əhəmiyyəti böyükdür. Ona görə də bu turizm sahələrini daha da genişləndirərək daha çox turist cəlb eləmək olar”. 

Bu sahənin inkişafı ilə bağlı atılacaq addımlar haqqında da danışan Əziz Şiriyev deyib ki, ən önəmli məqam müxtəlif ölkələrə bu məkanlarımızı tanıtmaq lazımdır: 

“Atılacaq addımlardan biri MDB məkanından bu sahədə çalışan turizm şirkətlərinin nümayəndələrini, blogerləri Azərbaycana cəlb etmək lazımdır. Onlar da həmin tibbi turizm məkanları ilə tanış olub, öz səhifələrində paylaşım etməklə, düşünürəm ki, turizm potensialının artmasına təsir edəcək. 2025-ci ildə sadaladığım bu işlər görülərkən, 2026-cı ildə isə effektivliyini görəcəyik”.

 “Təbii ki, bu sahənin ƏDV-dən azad olması da inkişafı daha da sürətləndirəcək. Turistlərin sağlamlıq turizmi istiqamətində ölkəmizə gəlməsinə səbəb olacaq. Onlar həm sağlamlıqlarını qoruyacaq, həm ƏDV əldə edəcək, həm də başqa bir ölkəyə səyahət etmiş olacaqlar ki, bu üçlü tandem ölkəmizin daha da sağlamlıq turizmi potensialının geniş miqyasda tanınmasına şərait yaradacaq” – deyə Əziz Şiriyev əlavə edib.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Naxçıvanın yolları ilə bağlı 25 milyonluq tender elan edildi

“Əgər alıcının arzuları cibindən böyükdürsə..." - Warren Buffettin sərmayə strategiyası

"ABA Logistics" məhkəməyə verilib

Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

Səhiyyə Nazirliyində əməliyyat keçirilir - Saxlanılanlar var

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Starbucks" işçilərinin böyüyən tətilləri - "Reuters"

"Tesla"nın 572 milyard dollarlıq "Tramp rallisi"

"X"in abunəlik qiymətlərindəki rekord artım: Bazarlara təsiri

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

Prezident qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı Sərəncam imzaladı

ABŞ-da dövlət 1 milyon nəfərə 1400 dollar verəcək: Səbəb nədir?

"Şəfa Ocağı TM" məhkəmə qarşısında

Ölkədə tibbi turizmi necə inkişaf etdirmək olar?

Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır

Bank ölən şəxsin borcunu yaxınlarından tələb edir - Əhali niyə kreditlərini sığortalamır?

Yeni 3 qəpiklərin maya dəyəri 8 qəpiyə yaxındır

Qaz limiti nə vaxt sıfırlanacaq? - Rəsmi AÇIQLAMA

“Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilib

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

Minimum əməkhaqqı və pensiya artırıldı - SƏRƏNCAM

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

“PAŞA Sığorta”nın şikayət indeksi durmadan artır - RƏQƏMLƏR

Rusiyaya getmək istəyənlərin nəzərinə - Yeni qaydalar qüvvəyə minəcək

“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb®

Gəncə İnnovasiya Mərkəzinin açılacağı vaxt məlum olub

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Maliyyə bazarında faizlər niyə artır?

“Aqrarkredit” BOKT-un əmlakları satışa çıxarılır

AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Hansı şirkətin satdığı benzindən razısınız? - SƏSVERMƏ

Maliyyə uğurunun sirri açıqlandı - 50 illik araşdırma

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin