BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
61871

Bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, BOKT-ların nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz müəyyənləşdirilib. Başqa sözlə, qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0,3 faizlə limitləndirilib.

Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 50-dən çox BOKT mövcuddur. Onların nizamnamə kapitalının həcmi təxminən 230 milyon manat təşkil edir. Cəmi kapital portfeli isə 460 milyon manatdan çoxdur və kredit qoyuluşu 688 milyon manata bərabərdir.

Bəs görəsən, BOKT-larla bağlı dəyişikliklər nəyə hesablanıb? Bu addım bazarın strukturunda nələri dəyişəcək və qeyri-bank təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək?

"Maliyyə-kredit sisteminə nizam-intizam gələcək"

Sabiq millət vəkili Rüfət Quliyevin sözlərinə görə, yeni qaydalar maliyyə-kredit sistemində nizam-intizamı daha da gücləndirəcək: “Eyni zamanda, yeni qaydalar müəyyən qanuni yol xəritəsidir. Çünki insanlarda bəzən banklara və qeyri-bank təşkilatlarına qarşı nifrət yaranır ki, yüksək faizlə kredit verirlər. Amma bu, bazar iqtisadiyyatının bir alətidir. Onsuz inkişaf mümkün deyil. Limit məsələsinin tətbiq olunması onunla bağlıdır ki, sosial məsələlərdə problemlər yaranmasın. Tənzimləyici qurum çalışır ki, bu sahədə özbaşınalıqlar yığışdırılsın. Artıq həm BOKT-lar, həm də şikayətçi tərəflər bilməlidir ki, bu istiqamətdə konkret hədəflər var. Hər iki tərəfi dövlət nizamlayır”.

Problemli kreditlər azala bilər

İqtisadçı-ekspert Fuad İbrahimov isə deyir ki, maliyyə bazarlarına mütləq nəzarət olunmalıdır: “Bu gün ölkəmizdə kifayət qədər BOKT fəaliyyət göstərir. Onların fəaliyyəti bankların fəaliyyətindən seçilir. Bu təşkilatların daha rahat, eyni zamanda da daha yüksək faiz dərəcələri ilə kredit vermək imkanları var. Bu qəbildən olan fəaliyyət növlərinə mütləq nəzarət olunmalıdır. Çünki iqtisadiyyat genişləndikcə kreditlərə tələbat artır. Bu sektorun tənzimlənməsi ancaq işin sağlamlaşdırılmasına gətirib çıxaracaq”.

Həmsöhbətimiz qeyd edir ki, yeni tələblər istehlakçı hüquqlarının qorunmasına da xidmət edir: “Bu dəyişikliklər Mərkəzi Bankın “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub. Qaydalarda keyfiyyət xarakterli tələblər müəyyən edilib. Qaydalarda ilk dəfə qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Bu, çox önəmli məsələdir. Vətəndaşların mənafelərinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər”.

BOKT-ların bazar payı artacaq

İqtisadçı-ekspert Rəşad Həsənov BOKT-larla bağlı qaydaların yeni dövrün tələblərinə uyğunlaşdırıldığı qənaətindədir. Onun fikrincə, bu qaydalar daha sağlam qeyri-bank təşkilatlarının formalaşmasına gətirib çıxaracaq: “Həm maliyyə, həm də risklərlə bağlı şərtlər əhəmiyyətli şəkildə dəyişib. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin çərçivələrində dəyişikliklər var. Əslində, qaydaların yenilənməsi xüsusilə də istehlakçı hüquqlarını qoruyan, bu istiqamətdə daha rəqabətli maliyyə institutlarının formalaşması üçün müəyyən çərçivələr yaradıb. Məsələn, nizamnamə kapitalının artırılması daha sağlam maliyyə dayanıqlığını təmin edəcək. Burada əsas məsələ şəffaflığın, hesabatlılığın müəyyən olunmasıdır. Son dövrlərdə tənzimləyici qurumun məqsədi ondan ibarətdir ki, maliyyə bazarlarının bütün seqmentlərində adekvat siyasəti həyata keçirə bilsin və şəffaflığa nəzarəti təmin etsin”.

İqtisadçının proqnozlarına görə, yaxın gələcəkdə BOKT-ları bazarın bir çox seqmentlərində müşahidə edə biləcəyik: "Təxminən 5-10 il ərzində bu qurumlar istehlak bazarı ilə yanaşı, həm biznes kreditləri, həm də güzəştli şərtlərlə kreditlərin təşkil edilməsi mexanizmləri bazarında payını artıracaqlar. Orta və uzunmüddətli gözləntim ondan ibarətdir ki, əgər yeni tənzimləmələr üzərindən növbəti dövrdə effektiv siyasət və həllər təklif olunarsa, bu, daha dayanıqlı, daha geniş bazar payına malik BOKT-ların formalaşmasına səbəb ola bilər”.

“Maliyyə bazarları şaxələnməyib”

Ekspert həmçinin deyir ki, kredit bazarında faizlər tələb və təklif əsasında rəqabətli mühitdə formalaşmalıdır: “Amma bazarda bir də gerçəklər mövcuddur. Gerçəklər ondan ibarətdir ki, Azərbaycanda maliyyə bazarları şaxələnməyib, bu istiqamətdə əlçatanlıq aşağıdır. Bunu həm Dünya Bankının sorğuları, həm də Azərbaycan Statistika Komitəsinin məlumatları təsdiqləyir. Statistika Komitəsinin sorğularına görə, sahibkarlıq subyektlərinin birinci ən ciddi problemi maliyyə əlçatanlığıdır. Belə bir şəraitdə şəffaf olmayan BOKT seqmenti mövcuddur və verdiyi kreditlərdə yüksək faizlərin tətbiqi imkanı genişdir. Çünki BOKT-lara münasibətdə tənzimləyici qurum xüsusi tənzimləmələr tətbiq etmirdi. Digər sahədə krediti qaytarma qabiliyyəti olmayan müştərilər BOKT sahəsinə meyllənə bilirdilər. Necə ki bu kateqoriyada olanlar lombardlara meyllənirdilər, eyni qaydada da BOKT-lara üz tuturdular. Burada da mövcud vəziyyətdən sui-istifadə halları yaranırdı. Faizlərlə bağlı müvafiq həddin gətirilməsi bu istiqamətdə mövcud olan riskləri idarə etmək məqsədi daşıyır”.

Kaspi.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal edilib

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

"Honda" və "Nissan" avtomobillərin qarşılıqlı istehsalını nəzərdən keçirir

Dövlət Gömrük Komitəsinin 32 vakant vəzifəsinə 628 nəfər müraciət edib

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Nazirlikdə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Azərbaycan Rusiya ilə “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalayıb

Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?

Şahin Bağırov polkovnikə yeni vəzifə verdi

"iPhone 17 Pro" böyük yeniliklərlə gəlir: əsas xüsusiyyətlər - FOTO

"iPhone 17 Pro" böyük yeniliklərlə gəlir: əsas xüsusiyyətlər - FOTO

Azərbaycana qış gəldi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin