BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7995
  • RUB
    1.7011
  • TRY
    0.0491
  • GBP
    2.1542
59817

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Vergi Məcəlləsinə” təklif edilən dəyişikliklər qəbul olunaraq plenar iclasa tövsiyə edilib.

Valyuta.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov həmin dəyişikliyi şərh edib.

V.Bayramov bildirib ki, dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq:

"Layihəyə əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiq olunacaq.

Yəni, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığortahaqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək.

Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir, xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək”.

Parlamentari qeyd edib ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur:

"Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklikdir. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sənaye 4.0 Akselerasiya Mərkəzi və Süni İntellekt Laboratoriyası yaradılacaq - 600 minlik layihə

İndoneziya da BRICS-in dəvətini qəbul etdi - Üzv ölkələrin sayı 9-a yüksəldi

DYP-dən avtobus zolağına daxil olan minik avtomobillərinə növbəti xəbərdarlıq

"C3 AI"nin səhmləri "Microsoft" ilə əməkdaşlıq fonunda kəskin artıb

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"Chrome"un satış perspektivləri: Texnologiya nəhənginə qarşı antimonopoliya addımları

"Google Lens" 50 milyarda yaxın məhsulun qiymət və rəylərini göstərəcək

"Blackstone" "Jersey Mike's"in əsas pay sahibinə çevrilir - 8 milyardlıq razılaşma

ABŞ-da məşhur süni intellekt şirkətinin təsisçisi həbs edilib

"IMF"dən Ukraynaya növbəti yardım - 1,1 milyard dollar ayrıldı

"Bitcoin" 94,000 dolları keçərək yeni rekord vurdu

"Bitcoin" 94,000 dolları keçərək yeni rekord vurdu

"Nasdaq" birjasında yeni "Bitcoin" opsiyası satışa çıxdı

Milyarder Uorren Baffetin ən çox sərmayə yatırdığı 5 şirkət

Britaniyadan Ukraynaya əlavə hərbi yardım ayrıldı - 7.5 milyon funt-sterlinlik

Noutbuk istehsalı 3 dəfədən çox artıb

İTV-yə xəbərdarlıq edilib

Ən çox yeni iş yerləri bu rayonlarda açılıb - TOP 5

Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Fərdi ev almaq istəyənlərin nəzərinə

İki rayonda internet olmayacaq

Biznes kreditinizi indi alın, 3 ay sonra ödəməyə başlayın®

Əczaçılıq məhsullarının istehsalı artıb

Elektrik avtobuslar Bakının ictimai nəqliyyatına necə təsir edəcək?

Bakı metrosunda problem: İnterval 14 dəqiqəyə qalxıb?

Prezidentin xüsusi nümayəndəsi: "Şuşada su idarəetmə sistemləri layihəsini həyata keçiririk"

Ən yüksək və ən aşağı pensiya bu rayonlardadır - CƏDVƏL

Bakıda bütün avtobuslar elektrik mühərrikli olacaq - Bu tarixədək

Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır - 4 min 255 manat

Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır - 4 min 255 manat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin