Elektrik avtobuslar Bakının ictimai nəqliyyatına necə təsir edəcək?
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub.
Nazirin sözlərinə görə, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb.
Rəşad Nəbiyev qeyd edib ki, 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutulub. Ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib və sayı artırılacaq.
Mövzu ilə bağlı Valyuta.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Bakının tamamilə elektrik avtobuslarına keçməsi daha tez yekunlaşa bilər:
“Gələn ilin büdcəsində nəzərdə tutulub ki, bu işlərin görülməsi üçün dövlət 150 milyon manat dotasiya ayıracaq , məbləğ 289 milyon manata çatacaq. Ona görə də elektrik avtobuslarla bağlı nəzərəd tutlan işlər daha tez yekunlaşacaq. Dünyada yaşıl enerjiyə keçid, ümumiyyətlə atmosferə atılan tullantıların sıfırlanması yönündə konkret addımlar atılmağa başlayıb. Təbii olaraq dövlətimizdə bu istiqamətdə irəlidə gedəcək. Ekoloji təmiz nəqliyyatın, tramvay və trolleybusların bərpa edilməsi ilə bağlı işlər görüləcək. Yeni xətlər salınacaq, ölkəyə yeni tramvay və trolleybuslar gətiriləcək”.
Aslan Əsədov qeyd edib ki, bu addımların atılması elektrik avtobusların, digər nəqliyyat vasitələrinin daha çox hərəkətliliyini xarakterizə edəcək:
“Düşünürəm ki, gələcəkdə elektrobuslarla bərabər tramvay və trolleybus xətlərinin çəkilməsi, layihələndirilməsi artıq şəhərin ictimai nəqliyyatla bağlı problemlərinin həll olunması istiqamətində yaranan sualları birdəfəlik həll etmiş olacaq. Çünki artıq bu istiqmətdə əməli tədbirlərə keçirilib. Ümumiyyətlə, hər hansı bir istiqamətdə işlərin həll olunması üçün ilk olaraq valyuta lazım olur. Əgər pul varsa, orda olan problemlər tez həll olunur. Ona görə də artıq bu problemlərin həllinə start verilib”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay