BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8007
  • RUB
    1.7043
  • TRY
    0.0493
  • GBP
    2.1568
58997

Xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan preparatlar ƏDV-dən azad olunarsa...

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib.

Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi və digər məsələlər müzakirə edilib.

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qonşu ölkələrdə dərman preparatları üzrə vergi və gömrük rüsumlarının tənzimlənməsi ilə bağlı araşdırma apardıqdan sonra bu layihəni təklif ediblər: “Məsələn, qonşu Gürcüstanda dərman vasitələri üçün heç bir rüsum tələb olunmur. Bəzi ölkələrdə vergilər diferensial olaraq tənzimlənir. Biz dövlət büdcəsinə böyük miqdarda zərər vermədən, Azərbaycan vətəndaşlarının dərman ehtiyaclarını qarşılamaq üçün təkliflər verdik, vətəndaşların xüsusi qruplarının tələbatlarına uyğun olaraq bəzi dərman preparatlarının ƏDV-dən azad olunmasının gələcək layihələrdə nəzərə alınmasını xahiş etdik”.

A.Xudiyev bildirir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar dərman təminatında çətinlik çəkirlər: “Bəzi nadir xəstəliklər var ki, onların qeydiyyatı yoxdur. Çünki adından da göründüyü kimi, nadir hallarda rast gəlinir. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların ölkəyə idxalı yalnız müəyyən icazələrlə mümkündür. Bununla yanaşı, onkoloji xəstəliklər, astma, şəkərli diabet və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların da ƏDV-dən azad olunması vətəndaşlar üçün əlverişli olar ”.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri təkcə Azərbaycanda deyil, istehsalçı ölkədə də çox bahadır: “Bu dərmanların ƏDV-dən azad olunması, ən azından 18 faiz ucuzlaşma deməkdir. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Hesab edirəm ki, yalnız nadir xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatları deyil, ümumiyyətlə, Azərbaycana idxal olunan bütün dərman məhsulları ƏDV-dən azad edilməlidir”.

Beləliklə, dərmanların ƏDV-dən azad olunması onların qiymətlərini 18 faizədək ucuzlaşdıra bilər. Yəni hazırda Azərbaycanda ƏDV dərəcəsi 18 faizdir və bu verginin ləğvi nəticəsində xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsində istifadə olunan dərmanların daha əlçatan olması gözlənilir. Bu addım həm vətəndaşların dərman xərclərini azaltmağa, həm də ümumilikdə əczaçılıq sektorunda qiymətləri daha stabil saxlamağa kömək edə bilər.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, dərmanların ƏDV-dən azad olunması tədbiri yetərli deyil, dərmanların keyfiyyəti məsələsinə də nəzarət olunmalıdır: "Söhbət dərmanların keyfiyyət parametrlərindən gedir.  Azərbaycanda istifadə olunan dərman preparatlarının ictimaiyyətə açıq dövlət reyestri olmalıdır. İnsanlar bilməlidir ki, Azərbaycana haradan, hansı ölkələrdən dərman idxal edilir. Beləliklə, dərmanların ƏDV-dən azad olunması təkcə qiymətlərin azalması məsələsini həll etmir, əsas diqqət keyfiyyət və təhlükəsizliyin təminatında olmalıdır. Azərbaycanda istifadə olunan dərman preparatlarının keyfiyyətini izləmək üçün açıq və şəffaf bir dövlət reyestrinin olması vacibdir. Bu reyestr vasitəsilə vətəndaşlar dərmanların mənşəyini, idxal olunduğu ölkələri və istehsalçı firmaları asanlıqla öyrənə bilərlər. Bu cür məlumat açıqlığı, dərmanlarla bağlı problem yarandıqda məsul tərəfin tapılması və təcili tədbirlərin görülməsi üçün də böyük əhəmiyyət kəsb edir. Ona görə hesab edirəm ki, bu, yetərli bir tətbiq deyil, əsas məsələ keyfiyyət məsələsidir.

Dərman keyfiyyəti ilə yanaşı, vacib dərmanların TƏBİB tərəfindən icbari tibbi sığorta paketinə daxil edilməsi də olduqca vacibdir. Bu yanaşma xroniki və nadir xəstəliklərdən əziyyət çəkən vətəndaşların lazımi dərmanlara əlçatanlığını artıracaq, eyni zamanda onların maliyyə yükünü azaldacaq. Əgər əsas dərmanlar sığorta paketi vasitəsilə təmin edilərsə, digər məsələlər, məsələn, keyfiyyət nəzarəti və qiymətlərin stabilliyi də daha effektiv şəkildə həll edilə bilər".

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib: “Bir neçə il öncə biz də təklif etmişdik ki, ölkədə dərman preparatlarının ümumiyyətlə hamısı ƏDV-dən azad olunsun, ya da ki, 2 faizə qədər azaldılsın. Yəni 18 faizdən 2 faizə qədər endirilsin. Çünki Azərbaycanda demək olar ki, dərman istehsalı yoxdur, bu sahədə xaricdən asılıyıq. Beləliklə də dərman preparatları sosial məsələ olduğuna görə onların ƏDV-dən azad edilməsinə ehtiyac var. Əgər daxili istehsal olsa idi, xaricdən gətirilən məhsula vergi qoymaqla, daxili istehsalçını dəstəkləmək mümkün ola bilərdi. Əgər bu istehsal yoxdursa, bunun üçün ƏDV qoymaq, onun daha baha satılmasına səbəb olmaq doğru deyil.

Hesab edirəm ki, ƏDV 2 faizə endirilərsə, onda dərman preparatlarının qiyməti ən azı 15 faiz ucuzlaşa bilər.

O ki qaldı ölkədə dərman preparatlarının, ümumiyyətlə, baha olmasına, hesab edirəm ki, Tarif Şurasının qiymətləri  tənzimləmə siyasəti kökündən yanlışdır. Molekullara və istehsalçı ölkələrə görə tənzimlə mexanizmi kifayət qədər problem yaratdı, ölkədə kiçik şirkətlərin bağlanmasına gətirib çıxartdı, böyük şirkətlərin isə inhisarçılıq meyilləri isə artdı. Bu da ləğv olunmalıdır, çünki özünü doğrultmadı. Tarif Şurası qiymətləri tənzimləməyə başlayan gündən bu günə qədər qiymətlər yalnız bahalaşır, bazardakı dərman preparatlarının keyfiyyəti isə aşağı düşür".

© Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Binance mobil tətbiqi və Binance Akademiyanı Azərbaycan dilində istifadəyə verdi

"Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib

Çində 82,8 milyard dollar dəyərində qızıl ehtiyatı aşkarlandı

Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqladı

Alimentin məbləği artırılır

Prezident bu mərkəzləri ləğv etdi (SƏRƏNCAM)

Keçən il kiloqramı altı manata olan şabalıdın bahalaşmasının səbəbi nədir?

Bu ilin sonuna dövlət sosial sığorta haqları üzrə gəlirlər proqnozdan 164 mln. manat çox olacaq

Qoşqar Təhməzlinin qardaşının şirkəti məhkəmə qarşısında

Əmək müqaviləsi ilə çalışan işçinin əsas hüquqları nədir?

Xaricdən Azərbaycana işləmək üçün gələnlər ən çox bu sahələrdə çalışır

Xaricdən Azərbaycana işləmək üçün gələnlər ən çox bu sahələrdə çalışır

“Heç vaxt işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz”

Rusiyanın gələnilki büdcəsi təsdiqləndi - RƏQƏMLƏR

"Landau Technologies" ləğv edilir

200 min manatlıq şirkət "Xalq bank"dan kredit götürmək üçün yığıncaq keçirir

Doğum və uşaqlara qulluq müavinətləri artırıla bilər

Bu il Azərbaycana 1 mln. tona yaxın buğda idxal edilib

"NVIDIA"nın hesabatının qlobal bazarlara təsiri

"NVIDIA"nın hesabatının qlobal bazarlara təsiri

Sahil Babayevdən əlillik pensiyası kəsilən şəxlərə məsləhət

“Median pensiya artımını 400 manatın üzərində gözləyirik”

Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq

Əsassız pensiya ödənişləri ilə əlaqədar əldə edilən vəsaitin həcmi AÇIQLANDI

Milli Məclisdə yeni təyinatlar (FOTO)

"624 min iş yerinin açılması məsələsinə aydınlıq gətirilməsini istərdim"

İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunur

Naxçıvan Mədəniyyət Nazirliyi yarım milyonluq musiqi aləti alır - TAM SİYAHI

Azərbaycanda kredit bazasını hansı banklar formalaşdırır?

Azərbaycanda kredit bazasını hansı banklar formalaşdırır?

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin