BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58902

Azərbaycanda baramaçılıq tarixi bir ənənəyə malikdir və bu sahə xüsusilə Dağlıq Şirvan, Quba, və Lənkəran bölgələrində geniş yayılıb. Bu ənənəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün ölkədə kənd təsərrüfatında önəmli yerlərdən birinə malik baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb, o cümlədən müxtəlif proqramlar və layihələr həyata keçirilib.

2017-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahəyə dövlətin ciddi qayğısını özündə ehtiva edir. Lakin rəsmi olaraq açıqlanan son statistik göstəricilərə nəzər yetirdikdə, son aylar Azərbaycanda bu sahədə məhsuldarlığın kəskin azaldığı müşahidə olunur.

Belə ki, açıqlanan rəsmi statistik göstəricilərə görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə yun istehsalı 1,9 faiz, barama istehsalı isə 32,9 faiz azalıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub. Beləliklə, rəqəmlərdən də göründüyü kimi, ölkə üzrə bu sahədə məhsuldarlıq kəskin azalıb. Fermerlər də ötən ilə nisbətən cari ildə məhsuldarlıqda ciddi azalmanın olduğunu deyirlər.

Havaların qeyri-sabit keçməsi ipəkqurdlarının kütləvi tələfinə səbəb olub

Şəkinin Aşağı Göynük kənd sakini Yavər İsmayılov Trend -ə bildirib ki, 6 ildir ki, baramaçılıqla məşğuldur. Ötən il ailə 120 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 304 kiloqram yaş barama istehsal edib. Ailənin baramaçılıqdan gəliri 2,7 min manatdan çox olub. Lakin İsmayılovlar ailəsi əvvəlki illərdəki göstəricini bu il əldə edə bilmədiklərini deyib. Kümçünün sözlərinə görə, bu il havaların qeyri-sabit keçməsi ipəkqurdlarının xəstələnərək, kütləvi tələf olması ilə nəticələnib.

“Keçən il 60 qram ipəkqurdu yemləmişdik. Bu il üçün də gözləntilərimiz yüksək idi. Lakin may ayında havanın pis, qeyri-sabit keçməsi baramaqurdlarını tələf etdi. Ona görə də yaş barama istehsalımız kəskin azaldı”, - deyə kənd sakini Y.Fərəcov bildirib.

Bu il kümçülərə daha az sayda ipəkqurdu toxumu paylanılıb

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli Trend-ə açıqlamasında deyib ki, ölkə ərazisində cari ilin may ayı ərzində hava şəraitinin qeyri-sabit, soyuq və yağışlı keçməsi kümxanalarda temperatur və rütubətin nizamlanmasında da ciddi çətinliklər yaradıb.

O bildirib ki, qurdların islanmış, soyuq yarpaqlarla yemləndirilməsi əksər rayonlarda ipəkqurdlarının axırıncı yaş dövründə xəstələnərək, tələf olmasına və məhsuldarlığın kəskin azalmasına səbəb olub:

“Nəticədə ölkə üzrə 239.3 ton və ya ötən ilə nisbətə 32.9% az yaş barama istehsal edilib. Hazırda ölkəmizdə yaş barama istehsalı ev təsərrüfatları tərəfindən həyata keçirilir və bu təsərrüfatlar ixtisaslaşmış yemçilik bazasına və zəruri texniki tələblərə cavab verən kümxanalara malik deyillər.

2024-cü il mövsümündə əsasən baramaçılıqla könüllü olaraq məşğul olmaq istəyən kümçülərin müəyyənləşdirilməsi hesabına barama istehsalının həyata keçirilməsinə üstünlük verilib. Könüllü barama istehsalçılarının sayı, yem bazası, kümxanaların sahəsi və vəziyyəti barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin məlumatları nəzərə alınmaqla 2024-cü ildə əvvəlki 2023-cü ilə nisbətən 1900 qutu və ya 18% az ipəkqurdu toxumu inkubasiya edilərək kümdarlarına paylanılıb”.

Ölkədə baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə bir sıra layihə və təkliflər hazırlanıb

Şöbə müdiri bildirib ki, ölkəmizdə baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ilkin texniki-iqtisadi səmərəlilik təhlilləri əsasında “Mövcud barama təsərrüfatlarının effektivliyinin artırılması” və “Orta və iri intensiv baramaçılıq təsərrüfatlarının yaradılması” istiqamətində layihə və təkliflər hazırlanıb.

Məlumat üçün Azərbaycanda yun və barama istehsalı ilə bağlı son beş ilin statistik göstəricilərinə nəzər yetirək:

2023-cü ilin yanvar-sentyabr aylarında 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3 faiz azalıb.

2022-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, yun istehsalı 2,2 faiz azalaraq, 15,6 min ton, barama istehsalı isə 30,5 faiz azalaraq, 341,4 ton təşkil edib.

2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, yun istehsalı 0,1 faiz artaraq, 15,9 min ton, barama istehsalı isə 10 faiz artaraq 491,3 ton olub.

2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә, 2020-ci ilin yanvar-sentyabr aylarında yun istehsalı 0,4 faiz artaraq, 15,9 min ton, barama istehsalı isə 446,64 ton olub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2019-cu ilin yanvar-sentyabr aylarında yun istehsalı 1,4 faiz artaraq, 15,8 min ton, barama istehsalı isə 25,3 faiz artaraq 643,7 ton təşkil edib.

Azərbaycanda yun və barama istehsalında məhsuldarlıq göstəriciləri (Yanvar-sentyabr ayları üzrə)

2019: Yun – 15,8 min ton; Barama - 643,7 ton

2020: Yun - 15,9 min ton; Barama - 446,64 ton

2021: Yun - 15,9 min ton; Barama - 491,3 ton

2022: Yun - 15,6 min ton; Barama - 341,4 ton

2023: Yun - 15,1 min ton; Barama - 357,0 ton

2024: Yun - 14,8 min ton; Barama - 239,4 ton


Qrafikdən də göründüyü kimi, son beş ilin müvafiq dövrləri ilə müqayisədə, barama istehsalında ən yüksək göstərici 2019 (643,7 ton), ən aşağı isə 2024-cü ildə (239,4 ton) qeydə alınıb. Son beş ilə nəzərən müvafiq dövrlərlə müqayisədə yun istehsalında isə ən yüksək göstərici 2020 (15,9 min ton), ən aşağı isə 2024-cü ildə (14,8 min ton) olub.

Baramanın məhsuldarlığı yox, bu sahə ilə məşğul olan fermerlərin sayı azalır

İqtisadçı Akif Nəsirli Trend-ə açıqlamasında baramaçılığın kənd təsərrüfatında spesifik sahə olduğunu deyib və bildirib ki, onun məhsuldarlığına təsir edən müxtəlif amillər var.

O vurğulayıb ki, baramanı istehsal etmək, becərməklə onun biznesi ilə məşğul olmaq bir-birindən tamamilə fərqlənir:

“Azərbaycanda fermerlər baramanın becərilməsi, saxlanılması ilə məşğul olurlar, amma onun biznesi ilə özləri məşğul ola bilmirlər. Barama becərən fermerlərin hamısı mərkəzləşdirilmiş qaydada bir neçə məntəqəyə məhsulu təhvil verməklə işlərini bitmiş hesab edirlər. Amma məsələ burasındadır ki, işin daha böyük tərəfi məhsul istehsal olunduqdan sonra onun kommersiya hissəsindədir.

Kommersiya hissəsini isə bir neçə şirkət həyata keçirir. Ona görə də onlar baramanı razılaşdırılmış qiymətə alırlar, yüksək qiymətə satırlar. Əsas mənfəət də elə həmin o qəbul şirkətlərinə çatır. Yəni baramanı istehsal edənlər əziyyətini çəkirlər, becərirlər və demək olar ki, maya dəyərinə məhsulu həmin qeyd etdiyim qəbul şirkətlərinə satırlar. Qəbul şirkətləri də o məhsulu alıb dünya bazarında satışa çıxarırlar.

Fermerlərə, demək olar ki, mənfəət qalmadığı üçün onlara baramaçılıqla məşğul olmaq artıq maraqlı olmur. Ona görə də barama becərən fermerlərin sayı azalır. Əslində, məhsuldarlıq aşağı düşmür, bu təsərrüfatla məşğul olan fermerlərin sayı azalır”.

A.Nəsirli barama məhsuldarlığında artıma nail olunması üçün təkliflərini də bölüşüb:

“Bu sahədə məhsuldarlığı artırmaq üçün bir neçə fermer birləşib öz məhsulunu son istehlakçıya, xammalı alan şirkətə birbaşa olaraq özləri satmalı, ya da qəbul şirkətlərinin sayı çoxalmalıdır. Yəni baramanın qəbulu, biznesi ilə məşğul olan şirkətlərin sayı çoxalmalıdır ki, onlar bir-biri ilə qiymət rəqabəti aparsın və yetişdirilmiş baramanın optimal qiyməti formalaşsın. Belə olduqda barama yetişdirən fermerin mənfəətini kommersiya şirkətləri yeyə bilməyəcək və bu təsərrüfata maraq daha da artacaq”.

Beləliklə, ölkədə baramanın məhsuldarlığının azalmasına mütəxəssislərin də qeyd etdiyi kimi, hava şəraitinin qeyri-sabit, əlverişsiz keçməsi, kümçülərə əvvəlki illərə nisbətən daha az ipəkqurdu toxumunun paylanması, eləcə də, bu sahədə rəqabətliliyin o qədər də yüksək olmaması, marağın azalması təsir göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin