BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58575

“Kimlərinsə ölkədə orqanik gübrələrdən istifadənin statistikasının apardığına inanmıram. Çünki müşahidə edirəm ki, son illər kənd təsərrüfatında heyvandarlıq sektorunun tullantılardan istifadə genişlənib. Ona görə də ölkədə orqanik gübrələrdən istifadə faizi daha çoxdur”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Akif Nəsirli kənd təsərrüfatında orqanik gübrədən istifadənin statistikası haqqında danışarkən deyib. 

Akif Nəsirli qeyd edib ki, bu sahənin inkişafı üçün ilk növbədə orqanik gübrə istehsalını ölkənin daxilində təşkil etmək lazımdır:

“Hazırda biz xarici ölkələrdən aldığımız gübrələrdən istifadə edirik, ölkə daxilində isə yalnız gübrə kimi fermerlər arasında “silitra” kimi tanınan ammonium şorası istehsal olunur. Azərbaycanda orqanik gübrədən istifadə edən varsa, onlar da bunu xarici ölkələrdən ixrac edir”.

Ekspertin sözlərinə görə, orqanik gübrələrdən istifadə edilməsi üçün kənd təsərrüfatının heyvandarlıq sektoru sürətlə inkişaf etdirilməlidir:

“Çünki orqanik gübrənin xammalı elə heyvandarlıqla bağlıdır. Heyvanların tullantıları ən yaxşı orqanik gübrə rolunu oynaya bilər. 

Məsələn, mən Helsinki şəhəri kanalizasiyasının Baltik dənizinə axıdılan hissəsində görmüşəm ki, şəhərin bütün kanalizasiyası həmin əraziyə axıdılır. Bu axıntılar həmin ərazidə içməli su səviyyəsinə qədər təmizlənir. Həmin qurğular kiçik şəhərcik formasında salınıb. Hətta bloklar arasında ərazi böyük olduğu üçün  avtobuslar da işləyir. Ayrılan tullantılardan həmin qurğunun işlənməsi üçün lazım olan elektrik enerjisinin yarısı alınır. Tullantıdan alınan qalıqlar bir anbara yığılır və onlar qıcqırdılaraq onlardan qaz, qazdan isə elektrik enerjisi alınır. Sonrakı mərhələdə həmin anbardakı qalıqlardan xüsusi gübrələr hazırlanır və baha qiymətə satılır. Həmin qurğunun xərclərinin 75 faizi kanalizasiya tullantılarından alınanlarla maliyyələşir. 

Bu cür sistemlərdən istifadə etmək mümkündür. Doğrudur, mentalitetə görə bəlkə bizdə bundan istifadəe etmək mümkün olmasın. Lakin heyvandarlığı inkişaf etdirib, onların tullantılarından həm qaz almaq, sonrakı mərhələdə isə həmin tullantılar emal edilərək bir il ərzində orqanik gübrəyə çevrilə bilər”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin